Sudanın devrilmiş prezidentinin evində külli miqdarda pul aşkar edilib.
Fox News telekanalının məlumatına əsasən, sabiq prezident Ömər əl-Bəşirin evində axtarış aparan hərbi kəşfiyyat zabitləri çemodanlara doldurulmuş $351,000 dollar, 6 milyon avro və 5 milyon Sudan funtu aşkar ediblər ki, pulların ümumi həcmi $6.7 milyon dollar dəyərindədir.
Bəşirin iki qardaşı da korrupsiya ittihamları ilə həbs olunub. Baş prokuror sabiq prezidentin saxlanılmasına və mühakimə edilməsi üçün tez sorğu–sual edilməsinə göstəriş verib, deyə ədliyyə mənbələri Reuters xəbər agentliyinə bildiriblər.
Mənbələr nağd pul tapıntısının pulyuma və külli-miqdarda pul mənimsənilməsi ilə bağlı təhqiqata yol açdığını bildirir.
Sudan hərbi qüvvələri Bəşirin hakimiyyətinə qarşı dörd ay sürən etiraz aksiyalarının ardınca onu deviriblər. Hazırda ölkəni avtoritar lideri əvəzləmiş hərbi şura idarə edir. Bəşirin iki qardaşı da korrupsiya ittihamları ilə həbs olunub.
Bütün Sudan boyu sabiq rəsmilər və devrilmiş hökumətin tərəfdarları korrupsiya ittihamları ilə həbs olunur.
Bəşir hazırda Sudan paytaxtındakı Kobar maksimum təhlükəsizlik həbsxanasında saxlanılır.
75 yaşlı Bəşir Afrika və ərəb dünyasında ən uzun müddət prezident olmuş və eyni zamanda korrupsiya, konflikt və vətəndaş müharibəsinə rəvac vermiş şəxs kimi tanınır.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?