“Ermənistanda ABŞ hakimiyyətini mənim kimi heç bir hökumət tənqid etməyib”.
Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan “Nezavisimaya qazeta”nın icmalçısı Yuri Simonyanın “Suriyaya hərbi humanitar yardımın aparılması ilə bağlı Vaşinqton tərəfindən Ermənistanın keçmiş hakimiyyəti indiki iqtidar qədər açıq şəkildə heç vaxt tənqid edilməyib. Siz ABŞ-la münasibtələri necə tarazlaşdırmağı planlaşdırırsınız” sualına cavab olaraq deyib.
N.Paşinyanın sözlərinə görə, Ermənistan regional və beynəlxalq münasibətlərdən əlahiddə şəkildə mövcud ola bilməz.
Virtualaz.org xatırladır ki, bundan əvvəl Nikol Paşinyan Rusiyadan gileylənmişdi. O, “Civilnet”ə verdiyi müsahibəsində demişdi: “Mən açıq-aydın danışmaq istəyirəm. Rusiya elitasının Ermənistanda baş verənlərlə bağlı problemləri var. Komandamızın üzvləri keçmişdə siyasi müxalifətdə olublar. Vətəndaş cəmiyyətini təmsil ediblər. Bu adamlar keçmiş hakimiyyətlə əməkdaşlıq etmək istəməyiblər. Vətəndaş cəmiyyəti sektorunu Rusiyanı sevməyən beynəlxalq təşkilatlar maliyyələşdırib. Bu səbəbdən də bizə etimadsızlıq var. Ancaq əminəm ki, zaman-zaman bu həll olacaq“.//virtualaz.org
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?