Faciə nəticəsində 41 nəfər həlak olub, bunlardan ikisi uşaqdır. Həlak olanların 40 nəfəri sərnişin, biri isə göyərtə bələdçisidir.
Hazırda 7 sərnişin və 3 ekipaj üzvü xəstəxanadadır.
Moskvadan Murmanska uçan təyyarəni 2100 metr yüksəklikdə ildırım vurub. Bundan sonra qəza enişi vaxtı təyyarənin quyruq hissəsi yerə çırpılıb və hava gəmisi alışıb.
Sərnişinlər canlarını qurtarmaq üçün təyyarəni hava ilə doldurulan trapla yerə enərək tərk ediblər.
Murmansk vilayətinin qubernatoru regionda 3 günlük matəm elan edib.
Həlak olanların qohumları bu səhər Moskvaya çatdırılıblar. Hər ailəyə 1 milyon rubl həcmində kompensasiya ödəniləcək.
Xilasedicilər təyyarənin salonundan bütün həlak olanları çıxarıblar. Onlarda 32-si morqa gətirilib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?