GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » İlhan Tanır: Türkiyə sürətlə geriyə doğru addımlayır

İlhan Tanır: Türkiyə sürətlə geriyə doğru addımlayır

Tarix: 11-05-2019, 12:35 Bölmə :Dünya Baxış: 295
İlhan Tanır: Türkiyə sürətlə geriyə doğru addımlayır


ABŞ Dövlət Departamentinin Türkiyənin Ali Seçki Şurasının İstanbulda bələdiyyə seçkilərinin nəticələrinin ləğv edilməsi haqda qərar çıxarmasından sonra açıqladığı bəyanatda bildirilir ki, azad seçkilər demokratiyanın təməlini təşkil edir. Birləşmiş Ştatları şəffaf seçkilərin Türkiyənin öz maraqlarına xidmət etdiyini bildirib. Bu həftə Türkiyənin Ali Seçki Şurası prezident Rəcəb Tayyıb Ərdoğanın hakım Ədalət və İnkışaf Partiyasının ( AKP) müraciəti əsasında martın 31-də İstanbulda keçirilmiş bələdiyyə seçkilərinin nəticələrni ləğv edib və seçkilərin yenidən keçirilməsınə dair qərar çıxarıb. ABŞ-da yaşayan jurnalist və təhlilçi İlhan Tanır Amerikanın Səsinin Amerika İcmalı proqramında müsahibədə Türkiyə Ali Seçki Şurasının İstanbul bələdiyyə seçkiləri ilə bağlı qərarı, Türkiyədə demokratiyanın durumu və ABŞ-ın reaksiyasından danışıb.

İlhan Tanır son qərarın son illərdə Türkiyədə demokratiya üçün ən ağır zərbə olduğunu və Türkiyənin azadlıqlar baxımından sürətlə geriyə getdiyini göstərdiyini bildirib. “İndiyə qədər ən azından Türkiyədə seçkilərdə bir problem yaşanmırdı, seçkilərin tanınmasında problem olmurdu. Türkiyədə xüsusilə də son 3-5 ildə ədalətli və bərabər seçkilər keçirilməyib, amma ən azından seçkilərin nəticələri qəbul edilirdi. Lakin 6 may tarixində Ali Seçki Şurasının açıqladığı həmin qərarla artıq ilk dəfə tarixdə səsverməyə çox böyük bir zərbə endirilmiş oldu.”

Türkiyənin aparıcı müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyasının Ali Şeçki Şurasına İstanbulun 39 dairəsində seçkilər, eləcə də keçən il keçirilən prezident və parlament seçkilərinin nəticələrinin ləğv edilməsi haqda müraciətini şərh edən İlhan Tanır müxalifətin təyin olunmuş yeni seçkilərə tam qüvvə ilə hazırlıqlara başladığını deyib. Lakin onun sözlərinə görə, prezident Rəcəb Tayyib Ərdoğan bütün siyasi və iqtisadi resursları İstanbula səfərbər etməyə başlayıb.

“Müxalifət partiyaları 31 martda seçkilərdə qələbə qazandıqları üçün onlarda özünə inam var və onlar yenidən qələbə əldə edəcəklərini düşünür. Bunun həqiqətən də baş verib-verməyəcəyini görəcəyik. Bu dəfə İstanbul nə qədər böyük bir şəhər olsa da, Ərdoğan bütün dövlət resurslarını, hər şeyi, bütün nazirliklər, bütün iqtisadiyyatı ilə İstanbula səfərbər edəcək və İstanbula çox böyük diqqət verəcək. Verilən xəbərlərə görə, İstanbulun 39 dairəsini hər birində mitinq keçirəcək, hər birində gedib çıxış edəcək. Buna görə də çox gərgin 5-6 həftə olacağını gözləyirik. İndidən nələrin olacağını demək mümkün deyil. 31 martda qələbə qazanan müxalifət partiyası “qurban” olduğu üçün, əldə etdiyi qələbə əlindən alındığı üçün yenidən seçilməsi gözlənilə bilər. Amma qarşımızda da 17 ildir seçkilərdə həmişə qalib olan bir partiya, bir prezident var. Buna görə də qarşıdan gələn həftələr İstanbuldakı inkişafları yaxından izləyəcəyik.”

İlhan Tanır bildirib ki, Amerika rəsmilərinin 31 mart seçkilərindən sonra verdikləri bəyanatda Türkiyəni seçki nəticələrinə hörmət etməyə çağırmalarına baxmayaraq, ABŞ Ali Seçki Şurasının İstanbulda seçkinin nəticələrinin ləğvi haqda qərarına “yumşaq”reaksiya göstərib. “Türkiyə hökuməti heç bir şəkildə tənqid edilməyib. Təzyiq haqda söz deyilməyib. Legitim seçkinin nəticələrinin qəbul edilməməsindən bəhs edilməyib. Sadəcə qeyd edilən `Amerikanın Ali Seçki Şurasının verdiyi qərarını diqqətə aldığı` olub. Ümumi cümlələrlə legitim seçkilərinin qəbul edilməsinin bütün demokratiyalar üçün vacib olduğu ifadə edilib. Amma Türkiyə müxalifətinin, Türkiyə demokratiyasının aldığı böyük zərbə müqabilində, böyük zərbəyə uyğun bir reaksiya verilməyib.”

İlhan Tanır beynəlxalq insan haqları və media təşkilatlarının son hesabatlarında Türkiyədə demokratiyanın zəifləməsi və media azadlıqlarına məhdudiyyətlərin artmasına diqqətin çəkildiyini qeyd edib. O, media və demokratik azadlıqlar, qanunun aliliyinin təmin olunmasının vacibliyini vurğulayıb. “Hüququn olmadığı, jurnalistlərin həbsdə olduğu, seçkilərin belə güvənli olmadığı ölkəyə heç bir qərb investoru gəlmir. Əslində, gəlmədiyini görürük. Türkiyəyə xarici investisiyalar sürətlə azalır. Türikiyənin hazırda adambaşına düşən gəliri 9 min dollara endi. Bu, 10-12 il əvvəlki orta gəlirə geri döndü. Sürətlə geri gedən bir Türkiyə var artıq. Buna görə də İstanbul, Ankara, Adana, Mərsin, Antalya – bütün bu böyük şəhərlərdə məğlubiyətin nəticəsi, bunun səbəbi rifahın və iqtisadiyyatın pisləşməsi ilə əlaqədardır.”
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İlhan Tanır: Ərdoğan son illərin siyasi kursunu davam etdirsə Türkiyə və Qərb arasında gərginlik davam edəcək

    İlhan Tanır: Ərdoğan son illərin siyasi kursunu ...

    30-06-2018, 09:40

  • 
  • İstanbulun 7 rayonunda təkrar bələdiyyə seçkiləri keçiriləcək

    İstanbulun 7 rayonunda təkrar bələdiyyə seçkiləri ...

    3-04-2019, 10:15

  • 
  • Türkiyədə növbədənkənar seçki olmayacaq

    Türkiyədə növbədənkənar seçki olmayacaq ...

    9-06-2013, 11:33

  • 
  • Anar Məmmədli: Elə atmosfer yaranmışdı ki, sanki prezidentlik yarışı idi

    Anar Məmmədli: Elə atmosfer yaranmışdı ki, sanki ...

    2-04-2019, 22:15

  • 
  • Ərdoğan: “İstanbulda total saxtakarlıqlar olub, heç kim 13-14 min fərqlə özünü qalib saymasın...”

    Ərdoğan: “İstanbulda total saxtakarlıqlar olub, ...

    8-04-2019, 12:16


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (83)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu