ABŞ prezidenti Donald Trampın baş müşaviri olan kürəkəni Jared Kuşnerin Səudiyyə Ərəbistanının İstanbul Baş konsolluğunda öldürülən jurnalist Camal Qaşıqçını 'terrorçu' adlandırması ortaya çıxıb.
Vanity Fairin, Michael Wolff-un yeni dərc olunan "Mühasirə: Tramp Atəş Altında (Siege: Trump Under Fire)" kitabına söykədiyi xəbərində, Trampın kürəkəni Kuşnerin jurnalist Qaşıqçını Usamə bin Ladin ilə əlaqələndirdiyi yazılıb.
"O BİR TERRORÇU İDİ"
Kunerin adı açıqlanmayan bir jurnalistlə etdiyi görüşdə, Qaşıqçı haqqında, "Bu adam Kral ailəsindəki bəzi adamlarla Usamə arasındakı əlaqə idi. Biz bunu bilirik. Məgər o jurnalist idi? Bu jurnalist olaraq özünü maskalayan bir terrorçu idi" dediyi iddia edilib.
KUŞNER BİR BİN SALMAN MÜDAFİƏÇİSİDİR
Xəbərdə, Kuşnerin Tramp rəhbərliyi içində Səudiyyə vəliəhd şahzadəsi bin Salmanın ən sərt müdafiəçilərindən biri olduğu, Qaşıqçı cinayətindən sonra vəliəhd şahzadəyə "fırtınanı necə sovuşduracağı" ilə bağlı tövsiyələr verdiyi yönündə çıxan xəbərlər xatırladılıb.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?