İngiltərəyə səfəri ərəfəsində ABŞ prezidenti Donald Tramp İngilis şahzadəsi Harri-nin həyat yoldaşı Meghan Markla-ya 'əxlaqsız' dediyini səs yazısının olmasına baxmayaraq inkar edib və mövzuyla əlaqədar xəbərlərin də yalan olduğunu bildirib.
Ancaq Trampın səsyazması bu vəziyyəti yalanlayır.
Twitterdən bir mesaj paylaşan Tramp, "Meghan Marya-ya heç bir zaman 'əxlaqsız' demədim. Yalan xəbər mətbuatının çıxardığı bir şeydir və bu səfər pis tutuldular!" deyib. Tramp söz mövzusu ifadələri İngiltərə səfərindən əvvəl The Sun” qəzetinə verdiyi reportajda istifadə etmişdi. İngiltərə Kraliyət ailəsinin üzvü olmadan əvvəl ABŞ-da aktyorluq edən Meghan Markla Donald Trampın çıxışlarını və siyasətlərini tənqid edib. Markla ayrıca, 2016 prezident seçkilərində də Demokratların namizədi Hillary Klintona dəstəyini açıqlamış, Trampa 'parçalayıcı' və 'qadın düşməni' demişdi. Qeyd edək ki, “The Sun” reportajında Trampdan Meghan Markla haqqındakı fikirləri soruşulduğunda, ABŞ prezidenti "Bilmirdim. Nə deyə bilərəm ki? Əxlaqsız olduğunu bilmirdim" deyib.
Sorğu
Yeni dizaynımız necədir?