Gundemxeber.az xəbər verir ki, bunu İranın Xarici işlər naziri Məhəmməd Cavad Zərif deyib.
İran Parlamenti Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvləri ilə toplantı keçirən nazir çıxışda jurnalistlərə açıqlama verib. Açıqlamasında ABŞ ilə müzakirə məsələsinə toxunan Zərif qeyd edib ki, ABŞ prezidenti Donald Trampın İrana sanksiyaları iqtisadi terrorizmdir. “ABŞ maksimum təzyiq siyasəti yürüdür və müzakirəyə hazır olduğunu deyərək ictimaiyyət üzərindəki təzyiqi artırır. İranın ABŞ-a ehtiyacı yoxdur və bu ölkə ilə münasibətləri yaxşılaşdırmağın arxasınca düşməyib. Amerikalılar İranın başqa ölkələrlə münasibətlərində problem yaratmasın, kifayətdir”. Nazir bildirib ki, İran qonşu ölkələrlə münasibətlərini inkişaf etdirməyə diqqətini istiqamətləndirib. Prezident Həsən Ruhani də bu çərçivədə bölgədəki ölkələrə səfər edəcək.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?