Azərbaycan vətəndaşlarının Türkiyədəki bələdiyyə seçkilərini həssaslıqla izləməsi bəzən tənqid olunur. "Qonşu dövlətdə baş verənlərin bizə nə dəxli var?” tipli suallara haqq da qazandırmaq olar hardasa. Amma unudulmamalıdır ki, Türkiyə Azərbaycanla qardaş ölkədir və ölkələrin birində baş verən istənilən olay digərində həyacanla təqib edilir. Amma səbəb təkcə budurmu?
Sabiq millət vəkili Ceyhun Osmanlı düşünür ki, Türkiyədəki seçkilərin ölkəmizin hətta aktiv siyasətlə məşğul olmayan təbəqələri tərəfindən də böyük maraqla izlənməsinin digər özəl səbəbi var.
Gundemxeber.az-ın məlumatına görə, Ceyhun Osmanlı hesab edir ki, bu maraq həm də azərbaycanlıların İstanbulda böyük investisiya yatırımlarının gələcəyindən narahatlığın ifadəsidir.
Onun sözlərinə görə, Azərbaycan dövləti Türkiyəyə yatırılan xarici sərmayələrin çəkisinə görə liderdir. Eyni zamanda Azərbaycandan olan iş adamları İstanbula olan yatırımlara, xüsusən də daşınmaz əmlak yatırımlarına böyük maraq göstərirlər.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?