Fuad Muradov Ceyhun Osmanlının maliyyə qaynaqlarini hədəfə alib
Bir müddət əvvəl üz-üzə gələn və sonradan aralarındakı problemi həll edirmiş kimi mətbuata birgəlik pozlarının əks olunduğu fotolarını yollayan iki gənc deputat - Fuad Muradovla Ceyhun Osmanlı arasındakı münasibətlər yenidən gərilib. Bu ilginc məlumatı DİA.AZ-a hökumət içindəki etibarlı mənbələr verib. Qaynağın iddialarına görə, hakim elita ilə çox yaxın münasibətlərdə olan Fuad Muradovdan fərqli olaraq son günlər mövqeləri zəifləyən Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə yaxın olan Ceyhun Osmanlı məlum konfliktin yeni mərhələsində çox zəif duruma düşüb. Bu barədə danışan mənbəmiz iddia edir ki, Fuad Muradov köhnədən olan ədavətin yenidən qızışdırılmasına nədən olan addımlar atıb. Mənbəmizin söylədikləri: «Fuad Muradov hələ zamanında Ceyhun Osmanlını susdura bildi. Sadəcə olaraq, o da «yuxarıdan» gələn tapşırıqlara uyğun olaraq, birgəlik pozunun əks olunduğu fotolarda yer aldı. Amma indi vəziyyət tamam başqadır. Ceyhun Osmanlı batan gəmidə olduğundan Fuad Muradovun onu sıradan çıxarması daha da asanlaşıb». Konkret fakta gəlincə isə, Ceyhun Osmanlıya yaxın QHT-lərdən birinin əsas maliyyə qaynağı əlindən alınıb ki, bu işdə də «İrəli»nin sabiq rəhbərinin məhz Fuad Muradovdan şübhələndiyi deyilir. Mənbəmiz bildirir ki, əslində Ceyhun Osmanlı öz şübhələrində haqlıdır: «Adı son günlər vəzifə yüksəlişində hallandırılan və hətta Prezident Adminstrasiyasına Əli Həsənovun yerinə şöbə müdiri təyin olunacağı söylənilən Fuad Muradov həqiqətən də Ceyhun Osmanlının maliyyə qaynaqlarını bir-bir ələ keçirməkdədir ki, bu yolla o, həmkarına gücünü göstərmiş olur».
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?