Hökumət “Rustavi 2” televiziyasını ələ keçirməyə hazırlaşır.
Gundemxeber.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında televiziyanın direktoru Nika Qvaramiya deyib.
“İki mənbə informasiya təqdim edib ki, hazırda “Rustavi 2”-nin güc yoluyla ələ keçirilməsinə hazırlıq prosesi gedir. Bu ideyanın hökumətdə tərəfdarları və əleyhdarları var.
Ölkədə son zamanlar baş verənlər Gürcüstan hökumətinin iştirakıyla gerçəkləşdirilən Rusiya ssenarisidir. Mən bütün hakimiyyət nümayəndələrini ittiham etmək istəmirəm. Hökumətin üzvləri arasında vətənpərvərlər də mövcuddur”.
Qvaramiyanın bu iddiasını Gürcü Arzusu fraksiyasının lideri Mamuka Mdinaradze təkzib edib. O, Qvaramiyanın dediklərini “öz fantaziyasının məhsulu” adlandırıb. Mdinaradze “Rustavi 2”-yə qarşı heç bir təhdidin olmadığını bildirib.
Sorğu
Yeni dizaynımız necədir?