Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan zirvə toplantısında Mursinin müəmmalı ölümü və Qaşıqçı cinayətindən danışarkən Misir prezidenti Sisi və Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd ibn Səlman salonu tərk ediblər.
Gundemxeber.Az xəbər verir ki, bu, Ərdoğanın diqqətindən yayınmayıb. O, "Mən bu məsələlərdən danışmağa başlamazdan ya əvvəl, ya da danışarkən Məhəmməd ibn Səlman salonu tərk edib. Burda kimsə bu məsələlərdən danışmır. Sisi də, Səlman da bunu bizdən dinləməlidir. Bunlar oldu, bitdi və unuduldu deyə bilmərik. Məsələni gündəmdə saxlamalıyıq" deyib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?