Keniya aviaşirkətinə məxsus, Nayrobi-London marşrutu ilə uçan “Boeing 787-8” tipi təyyarəsinin şassisində gizlənərək, 8 saat 50 dəqiqə uçan bir kişi sərnişinin cansız bədəni London Klafam bölgəsindəki bir evin bağçasına düşüb. Qaçaq sərnişinin şəxsiyyətini müəyyənləşdirməyə çalışan polis təyyarənin şassisində bir çanta, su və yemək tapıb. Bu günə qədər isə 4 türk vətəndaşının da təyyarənin həmin hissəsində etdikləri səfər ölümlə nəticələnmişdi.
Hazırda polis təyyarədən bağçaya düşən adamın kimliyini müəyyən etməyə çalışır. Açıqlama verən Keniya aviaşirkətinin təmsilçisi aşağıdakıları deyib: “Bir insanın bizim təyyarələrimizdən birinə qaçaq yolla minərək, həyatını itirməsi üzücü bir hadisədir. Başsağlığımızı bildiririk”.
25 yanvar 2000-ci ildə Ameikanın Norfistt havayolu şirkətinə aid bir DC-10-un eniş hissəsindəki yuvasında gizlənərək, Amsterdamdan Nyu-Cersiyə qədər uçan 38 yaşındakı Rza Qaradağ adlı bir türk də donaraq həyatını itirmişdi. 2013-cü ildə İstanbul-London səfəri edən British Airways təyyarəsinin şassisində London “Hitrou” aeroportuna endikdən sonra bir kişi meyidi tapılmışdı. Meyidin 32 yaşındakı qrafika ustası Hikmət Kömürə aid olduğu və ingilis sevgilisini görmək üçün bu yola müraciət etdiyi ortaya çıxmışdı.
27 yanvar 2003-cü ildə Paris-Şanxay səfərində Air France təyyarəsinin eniş heyətinə iki dost - Onur Özüyaman və Ramazan Karaçoban gizlənib. Təyyarə Şanxay aeroportuna eniş etmək üzrə hazırlıq edəndə iki dostun donmuş cəsədi 3 min metr hündürlükdən aşağı düşüb.
30 yanvar 2007-ci ildə British Airways´ə məxsus bir təyyarəyə qaçaq olaraq minən CAR-lı bir gənc ölüb.
9 fevral 2010-cu ildə Nyu-Yorkdan Tokioya gedən “Boeing 777” təyyarəsinin eniş hissəsindən bir kişi meyidi tapılıb.
9 sentyabr 2012-ci ildə Anqoladan İngiltərəyə səfər edən bir təyyarənin eniş hissəsində gizlənən Joze Matada eniş zamanı yıxılaraq ölüb.
6 iyun 2013-cü ildə İtaliyanın Rimini şəhərindən Moskvaya gedən təyyarənin eniş hissəsində gürcü Corc Abuladzenin meyidi tapılıb.
Hədsiz soyuq və oksigensizlikdən həyatlarını itirirlər
Təyyarələrin şassisində bir insanın girə biləcəyi qədər yer olur. Amma kabin içindəki kimi, təzyiq düzənlənməsi olmadığı üçün o insanın həyatda qalması möcüzə sayılır. Eniş hissəsində temperatur -50 dərəcəyə qədər düşə bilir. Buraya girən qaçaq sərnişinlər əsasən hədsiz soyuq və oksigensizlikdən ölürlər.
Sağ qalanlar da olub
2015-ci ildə İndoneziyada prezident Vidodo ilə görüşə bilmək məqsədilə Sumatra adasından Cakartaya getmək istəyən 21 yaşlı Ambarita bir təyyarənin şassisində gizlənib. Gənc minlərlə metr yüksəklikdə -15 dərəcədə 105 dəqiqə uçmasına baxmayaraq, sağ qalıb.
2014-cü ildə Amerikada 16 yaşlı bir gənc “Boeing 767” tipli təyyarənin şassi yuvasında gizlənərək 11 min 500 metr hündürlükdəki dondurucu hava və oksigen azlığına qarşı, Kaliforniya-Havay arasındakı səfərini sağ tamamlayıb. Təyyarə endiyi zaman o, aşağı hoppanıb, aerport işçiləri tərəfindən tapııb.
8 iyun 2010-cu ildə isə Vyanadan Londona gedən bir təyyarənin şassisində səyahət edən 20 yaşlı bir gənc 1.5 saatlıq səfərin ardınca Londona ağır yaralı halda çatıb.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?