“Reuters” agentliyinə açıqlama verən Vaşinqton səlahiyyətliləri Türkiyənin Rusiyadan S-400 alışında israrçı olduğu təqdirdə Türkiyəyə qarşı sanksiyaları başladacaqlarını ifadə ediblər.
ABŞ prezidenti Donald Trampın Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Yaponiyadakı G-20 zirvəsində etdiyi Türkiyəyə yönəlik ABŞ-ın səhvi ilə bağlı açıqlamalarına baxmayaraq ABŞ Xarici İşlər Nazirliyinin Mətbuat Ofisindən “Reuters”-ə edilən açıqlamada, S-400 məsələsi ilə əlaqədar Türkiyənin çox ciddi mənfi nəticələrlə üzləşəcəyini dilə gətirilib. Yaponiyadakı zirvədə bir jurnalistin Trampa Türkiyənin S-400 müdafiə sistemini aldığı təqdirdə ABŞ-ın Türkiyəyə sanksiya tətbiq edib etməyəcəyi sualına, "Prezident Ərdoğan Obama rəhbərliyindən “Patriot” almaq istədi, lakin icazə verilmədi. Obama dövründə Türkiyəyə ədalətli davranılmadı" deyə cavab vermiş və "Qarışıq bir mövzudur. Fərqli həllər axtarırıq. (Türkiyəyə qarşı) Ədalətli olmaq məcburiyyətindəsiniz" deyə bildirmişdi. Pentaqon Hava Qüvvələrinin sözçüsü Mayk Andrews Türkiyə və ABŞ arasındakı S-400 məsələsini "Heç bir şey dəyişmədi. S-400 müdafiə sistemi F-35 sistemi ilə müqayisə belə edilə bilməz. Türkiyənin də bu iki sistemə eyni anda sahib olmasına izin verilməyəcək" sözləri ilə açıqlayarkən, Vaşinqton mövzu ilə əlaqədar ciddiliyini göstərmək üçün Türk pilotların təhsilini dayandıraraq Türkiyəni F-35 proqramından çıxartma əməliyyatlarına başlamışdı.
Sorğu
Yeni dizaynımız necədir?