Vətən Partiyasının sədri Doğu Perinçek 'FETÖ-nun siyasi qolu' müzakirələrinə toxunub.
Perinçek bu fikirləri söyləyib: "FETÖ-nun siyasi ayağı çıxdı üzə, o AK Partiyadakı Əli Babacandır. Siyasi ayaq CHP və İYİ Partiyalı Meral Akşenerin müttəfiqidir. Abdullah Gül, Əli Babacan, Davutoğlu kimlərin yanındadır? FETÖ-nun siyasi ayağı təmizlənir AK Partiyadan. Kimin yanına keçir? CHP-nin, Meral Akşenerin yanına keçir. Başqa siyasi ayaq varmı? AK Partiya içərisindəki Fəthullah dostları kimdir? Bunlar Abdullah Gül, Əhməd Davutoğlu, Əli Babacandır. Abdullah Gül 2 səhifəlik 9 maddəlik gizli müqavilə bağladığını 2 aprel 2003-də özü etiraf etmişdi. Davutoğlu baş nazirlikdən uzaqlaşdığı zaman “Foreign Policy” qəzetində ‘ABŞ Ankaradakı adamını itirir' yazıldı. ABŞ-ın Ankaradakı adamı idi Davutoğlu. O siyasi ayaq indi AK Partiyadan uzaqlaşır. Nə üçün Amerika Abdullah Gülləri, Əli Babacanları, Davutoğlularını AK Partiyadan qoparır? Nə üçün ABŞ Meral Akşeneri MHP-nin içindən qopardı? Demək ki, MHP-ni vətənpərvər cəbhədə gördü və böldü. Amerika nə üçün CHP-ni, FETÖ-nu parçalamağa çalışmır? AK Partiyanı, MHP-ni bölməyə çalışır? Vətən Partiyasını hədəf alır?"
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?