AĞ EV – ABŞ Prezidenti Donald Tramp cümə günü İran dronunun Amerika hərbi gəmisi tərəfindən Hörmüz Boğazında vurulub salınmasına əminliyini ifadə edib.
“Heç şübhə yoxdur, Xeyr. Biz onu vurub salmışıq,” Tramp Ağ Evdə müxbirlərə söyləyib.
“Bunun İran dronu olduğu sual doğurmur,” ABŞ-ın milli təhlükəsizlik müşaviri Con Bolton söhbətə müdaxilə edib. “USS Boxer, prezidentin dediyi kimi, dünən onu vurub, çünki o, gəmiyə və onun ekipajına təhlükə törədirdi. Bu tamamilə düzgün hərəkət idi.”
Hörmüz Boğazında İranla genişmiqyaslı toqquşmalardan narahat olub-olmadığı haqda soruşulanda, Tramp bundan narahat olmadığını deyib.
“Onların öz xatirinə, ümid edirik ki, onlar səfeh iş tutmayacaqlar,” o cavab verib. “Əgər tutsalar, onda heç kimin ödəmədiyi bədəli ödəyəcəklər.”
Amfibiya hücum gəmisi USS Boxer Amfibiya hücum gəmisi USS Boxer İran isə dronun vurulduğunu inkar edir.
Bu barədə məlumatı özünün Twitter səhifəsində paylaşan İranın xarici işlər nazirinin müavini Abbas Araqçı Birləşmiş Ştatların hərbi gəmisinin səhvən öz pilotsuz təyyarəsini vurmasından “narahat” olduğunu yazıb.
Nyu-Yorkda səfərdə olan İranın xarici işlər naziri Cavad Zərifin də bildirdiyinə görə, İrana məxsus dronun məhv edildiyi barədə xəbər almayıb.
Sorğu
Yeni dizaynımız necədir?