GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Qafqazda yeni antitürk siyasəti

Qafqazda yeni antitürk siyasəti

Tarix: 15-12-2012, 14:57 Bölmə :Dünya Baxış: 630
Qafqazda yeni antitürk siyasəti

Zviyad Qamsaxurdiya şovinizmi aradan getməyib

Gürcüstanda hakimiyyət dəyişdi. Hər kəs bunu demokratiyanın yeni mərhələsi hesab edir. Bu, üzdə görünən, təlqin olunandır. Əslində isə balaca dövlətlərdəki dəyişiklik böyük güclərin maraqları həddində baş verir. Qərbin Orta Doğu əməliyyatları göründüyü kimi, ən çox Rusiya tərəfindən əngəllənir. Başqa sözlə, Rusiya bu əməliyyatların gerçəkləşməsində özünün çıxarlarını nəzərə aldırtdırır. Qərb Rusiyaya güzəştə getməyə məcburdur. Bunun da iki nədəni var. Birinci, zəngin neft xəzinələri hesabına iqtisadi cəhətdən bərkiyən ərəb dünyasını idarə olunan duruma gətirmək lazım idi. Ən çox Qərbi Avropa xalqlarından tərtib olunan Amerika Birləşmiş Ştatları bugünkü siyasi uğurlarına baxmayaraq enişə yuvarlana bilər. Milyardlarla dövlət borcu olan ABŞ Qərbi Avropa dövlətlərinin siyasi dəstəyi ilə ayaqda dura bilir. ABŞ dünya idarəçiliyinin mərkəzidir. Bu mərkəz ABŞ-ın dövlət halına gətirildiyi ilk gündən bu vaxta qədər Avropalıların əlindədir və Avropa Şərq dövlətlərinin mümkün basqılarından ABŞ vasitəsiylə qorunur. Əgər ABŞ-da idarəçilik ərəblərin, çinlilərin, türklərin, hindlilərin əlinə keçərsə, Avropanın hansı duruma düşəcəyini təsəvvür eləmək heç də çətin deyil. O ki qaldı Avropalıların ABŞ-la müəyyən iqtisadi rəqabət aparmalarına, habelə, “avro” pul vahidi işlətmələrinə, bu məsələlər dediklərimizin üstündən xətt çəkmir. Bu münasibət ABŞ-da artan yəhudi təsirlərini neytrallaşdırmaq məqsədi daşıyır.
Rusiyaya edilən güzəştin ikinci səbəbi əsasən türklərlə bağlıdır. İki qitənin mərkəzi zolağında səpələnmiş durumda yaşayan türklərin nə vaxtsa bir araya gəlməsi dünyanın siyasi mənzərəsini tamam dəyişə bilər. Yəni dünyanın siyasi idarəçiliyi bu “zolaq”da oluşar. Ona görə də türkün birlik halına gəlməsinin qarşısını hər vasitə ilə alırlar. Bu gün türk biliyini təkanlaşdıra biləcək gerçək siyasi güc Türkiyə olduğuna görə onu dövrəyə alıb parçalamağa çalışırlar. Bunun üçün Orta Asiya türklərini, Azərbaycan türklərini və Rusiyanın içinə alınan türkləri dağınıq durumda və nəzarətdə saxlamaq gərəkdir. Bu işi Rusiya həyata keçirir. Türklərə və ərəblərə qarşı Rusiyanın və Qərbin vahid mövqedən çıxış etmələri hər zaman göz qabağında olubdur. Bu ilişkilərlə bağlı yetərincə tarixi misallar göstərmək mümkündür. Deməli, dünyaya ağalıq eləmək uğrunda Qərblə Rusiyanın maraqları toqquşsa da, onların siyasi mövcudluğunu təhdid edən ortaq “düşmənlər”i var. Bunu nəzərə alırlar.
İndi qayıdaq Gürcüstanda görüntülənən demokratiya məsələsinə. Hər zaman vurğuladığımız kimi, böyük güclərin istəklərinə mane olan əsas bölgə faktı Azərbaycandır. Ona görə Türkiyənin arxasında Azərbaycanın güclənməsinin, bütövləşməsinin qarşısını hər vəchlə alırlar. On illərlə işləyən planlar dəyişməyib. Azərbaycanı parçalayan, xırdalayan dövlətlərin niyyətləri bu gün də öz qüvvəsini saxlayır. Bu qüvvələr Avropadır, Rusiyadır. Bugünkü həyatımızda fəlakətlərimizi yaradan, Qarabağ probleminin həllinin qarşısını kəsən Avropadır, Rusiyadır (ATƏT-in Minsk qrupu). Bütün bu oyunlar demokratiya pərdəsi altında həyata keçirilir. Ancaq bizim siyasilərimiz, yazarlarımız fəlakətlərimizin səbəblərini Avropaya zəif inteqrasiya eləməyimizdə axtarırlar. Təəssüf ki, ən çılpaq münasibətləri belə görmürlər, görmək istəmirlər. Təbiidir, Avropanın yönətim kuralları birinci növbədə insanlarımızın şüurunu zəbt eləyib. Bu səbəbdəndir ki, Gürcüstanda gedən siyasi dəyişikliyə umsunurlar. Halbuki Gürcüstanda baş verən hakimiyyət dəyişikliyi bəri başdan Azərbaycan üçün yeni “baş ağrıları” vəd eləyir. Artıq Moskva-Tiflis-İrəvan dəmir yolunun işə düşəcəyi haqqında fikirlər səsləndirilir. Deməli, Ermənistan iqtisadi blokadadan çıxarıla bilər. Bu isə Qarabağ probleminin həlli istəklərinə yeni bir zərbə deməkdir. Hələ bu bir yana, son vaxtlar Borçalıda, yeni fəlakətlərin əsası qoyulur. Daha doğrusu, müvəqqəti ara verən tendensiya yenidən gündəliyə gətirilir. Artıq evlərə silahlı basqınlar həyata keçirilir. Bu əməllər eyni vaxtda həm Başkeçiddə (Dmanisidə), həm Bolusda (Bolnisidə), həm də Borçalıda (Marneulidə) gerçəkləşir. Ona görə də bu hadisə təsadüfi xarakter daşıya bilməz. Deməli, Borçalıdan yeni köç dalğaları başlaya bilər. Qaçqın, köçkün diyarına çevrilən Bakı şəhəri yenidən sarsıdıla bilər. Bundan öncə də qaçqın, köçkün axınları əsasən Başkəndə - Bakıya yönəldilmişdi. Çünki Başkəndi çalxalamaqla bütün ölkənin başını qatıb sarsıtmaq mümkündür.
İllər öncə Borçalıda oxşar hadisələr baş verəndə bizimkilər yazırdılar ki, bu əməlləri həyata keçirən erməni qruplarıdır. Məqsədləri Azərbaycanla Gürcüstanın arasını vurmaqdır. Təəssüf ki, Gürcüstanın dövlət siyasətini və bunu dəstəkləyən xarici güclərin məqsədlərini doğru qiymətləndirmirlər. Məqsəd Borçalını tədricən türksüzləşdirməkdir. Necə olur ki, dövlət davamlı hərəkət edən silahlı qrupların öhdəsindən gələ bilmir (Davamlı ortada olan qrup bilinir)?! Və necə olur ki, bu silahlı qruplar məhz Azərbaycan türklərinə qarşı basqınlar həyata keçirirlər?! Yenə də orada yaşayan soydaşlarımızın gözünü qorxudub köçməyə məcbur edirlər. Zviyad Qamsaxurdiya şovinizmi aradan getməyib. O, gürcü məqsədini açıq həyata keçirirdi, ondan əvvəlkilər və sonrakılar isə qapalı şəkildə. Təəssüf ki, Azərbaycan iqtidarı da hər zaman taktiki gedişlər edir, bütün addımlarını beş-on ilə hesablayır. Heç bir qlobal problemlərimizlə bağlı dövlət strategiyamız görünmür. İqtidarımız Borçalı cəmiyyəti yaradıb Saakaşvilini təriflədir, Gürcüstan-Azərbaycan münasibətlərinin ən yüksək səviyyədə olduğunu təbliğ etdirir. İldə bir dəfə göy yaylaqlara toplaşıb yeyib-içmək də yüksək münasibətin təzahürü kimi sunulur. Yenə də soydaşlarımıza yalançı ümidlər verilir. Halbuki Borçalıların siyasi təşkilatlanması və ən azı muxtariyyat əldə edib özünü qorumaq üçün mübarizə etməsi gərəkdir. Nə vaxta qədər aldanacağıq, aldadılacağıq?! Bilə-bilə aldanış daha böyük fəlakətlərə yol açır. Heç bir fəlakətlərimizdən dərs götürmürük.
Hər zaman vurğu elədiyimiz kimi, bu gün Azərbaycanda Uluyurd Hərəkatına böyük ehtiyac var. Gələcəyimizi təhlükəyə bağlayanlara dirəniş göstərmək üçün vahid Milli Mübarizə Hərəkatına – Uluyurd Hərəkatına toparlanmağımız gərəkdir!

Soylu Atalı
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycanın birinci xanımı Mehriban Əliyeva ABŞ səfiri ilə görüşdü

    Azərbaycanın birinci xanımı Mehriban Əliyeva ABŞ ...

    15-10-2015, 20:04

  • 
  • “ABŞ Qarabağ, Moldova və digər məsələlərin həllini Rusiyaya tapşıra bilər”

    “ABŞ Qarabağ, Moldova və digər məsələlərin ...

    8-04-2013, 10:41

  • 
  • “Rusiya Azərbaycana müdaxilə etsə…”

    “Rusiya Azərbaycana müdaxilə etsə…” ...

    29-03-2014, 15:10

  • 
  • ABŞ və Rusiyanın Bakıdan istəkləri var

    ABŞ və Rusiyanın Bakıdan istəkləri var ...

    23-12-2014, 22:48

  • 
  • “İran-Amerika yaxınlaşması regionda Azərbaycanın geopolitik əhəmiyyətini azaldır”

    “İran-Amerika yaxınlaşması regionda Azərbaycanın ...

    17-04-2015, 23:40


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu