Braziliyanın şimalında həbsxanada baş vermiş iğtişaş zamanı 50-dən çox dustaq ölüb.
Demokrat.az xəbər verir ki, bu barədə “Globo” portalı Para ştatının penitensiar xidmətinə istinadən məlumat yayıb.
Bildirilir ki, Altamira bələdiyyəsi həbsxanasında baş vermiş kütləvi iğtişaş iki kriminal qruplaşma arasında haqq-hesab davasından qaynaqlanıb. Ümumilikdə 52 nəfər öldürülüb, onlardan 16 nəfərinin başı kəsilib. Sonradan insidentin yarandığı məkanda yanğın meydana gəlib ki, nəticədə bəzi dustaqlar tüstüdən boğularaq ölüb.
Məlumata görə, hadisə səhər saatlarından başlayıb, günortaya qədər davam edib. Qiyam qaldıran dustaqlar iki nəzarətçini də girov götürüb, ancaq sonradan azad ediliblər.//APA
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?