Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidməti “Frego” neft şirkətinin təsisçiləri Giorgi Topçişvili və Vladimir Qvelaşvilinin saxlanılması ilə bağlı məlumat yayıb.
Şirkət külli miqdarda vergidən yayınmaqda ittiham olunur. Təsisçilər bu məqsədlə saxta gömrük sənədlərinin istifadəsinə yol verib. Şirkətin qanunsuz fəaliyyəti nəticəsində Gürcüstanın dövlət büdcəsinə 2 837 683 lari ziyan vurulub. Saxlanılan sahibkarları 4 ildən 7 ilədək həbs cəzası gözləyir.
*** 13:25
Gürcüstanda “Frego” neft şirkətinin təsisçiləri Giorgi Topçişvili və Vladimir Qvelaşvili saxlanılıblar.
Onları Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidmətinin əməkdaşları saxlayıb. Sahibkarların hansı ittihamla saxlanıldıqları hələ məlum deyil. Qeyd edək ki, “Frego” şirkəti 2013-cü ildən etibarən Gürcüstan bazarında fəaliyyət göstərir. Şirkətin ölkə üzrə 33 yanacaqdoldurma məntəqəsi var. //Report
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?