GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Rusiya 17 avqustda üçüncü böyük mitinqə hazırlaşır

Rusiya 17 avqustda üçüncü böyük mitinqə hazırlaşır

Tarix: 13-08-2019, 11:52 Bölmə :Dünya Baxış: 728
Rusiya 17 avqustda üçüncü böyük mitinqə hazırlaşır


Rusiya bu günlərdə seçkilər qabağı etiraz mitinqləri ilə çalxalanır.

Avqustun 10-da Moskva şəhərinin Saxarov prospektində 20-40 min nəfərin iştirakı ilə böyük etiraz mitinqi keçirildi.

Gundemxeber.Az xəbər verir ki, etirazın üçüncü dalğası 17 avqusta planlanılır.

Etirazların kökü sentyabrda keçiriləcək Moskva Duması seçkilərində bəzi sərbəst namizədlərin qeydiyyata alınmamasıdır.

Etirazın ilk dalğası, Rusiyada Korrupsiyaya Qarşı Mübarizə Fondunun (KMF) vəkili Lyubov Sabolun aclıq aksiyası ilə başlanıb.

Sərbəst namizəd olan Sabol namizədlik üçün gərəkli olan beş min imzanı toplayıb. Seçki qurumları 5 min imzanın 15%-ini saxta hesab edib.

Rusiya qanunlarına görə, imzaların ən çox 10%-i saxta ola bilər. Bu əsasla, L. Sabolun namizədliyi qəbul olunmayıb.

Xanım Sabolun aclıq aksiyasından sonra bir çox sərbəst namizəd eyni problemlə üzləşdiklərini etiraf ediblər. 43-dən çox namizədin ərizəsi imza sayının az, yaxud saxta olması səbəbi ilə rədd edilib.

Sosial şəbəkələrdə, feysbuk və tvitterdə başlanan etirazlar iyulun 27-si Moskva şəhərinin küçələrində alovlanıb. Minlərlə etirazçı hökümət binasına yürüş ediblər. İcazəsiz etiraz mitinqində mindən çox insan saxlanılıb. İyulun 31-i, prezident Vladimir Putinin sərt tənqidçisi olan müxalifət lideri Aleksey Navalnı icazəsiz aksiyada iştirak etmək çağırışlarına görə 30 sutkalıq müddətə həbs olunub. Kütləvi həbslər, polis zorakılığı ilə yadda qalan etiraz aksiyası xarici mediada böyük ajoitaj doğurub. Hökümətə yaxın dairələr və Rusiya mediası ilə etiraz aksiyasını "kütləvi özbaşınalıq” adlandırıb.

Ötən şənbə, yəni avqustun 12-də Moskvanın Saxarov prospektində icazəli mitinq keçirilib. Rusiya Daxili İşlər Nazirliyinin verdiyi məlumata görə, mitinqdə 20 min nəfər iştirak edib. Sərbəst statistika şirkətləri isə mitinq işçilərinin 60 mindən çox olduğunu söyləyir. Moskva ilə yanaşı, Rusiyanın Sankt-Peterburq başda olmaqla, bir neçə iri şəhərində də etiraz mitinqləri keçirilib. "Səsvermə Hüququmuzu Bərpa Edək" şüarı ilə başlanılan mitinq rəsmi icazə 16:00-da bitməsinə baxmayaraq, 19:30 və sonrasına qədər davam edib. İkinci dalğa etirazlarda ümumilikdə 200-dən çox etirazçı saxlanılıb. OVD-İnfo saytının məlumatına görə, yerli vaxtla saat 19:30-a qədər 245 nəfər polis tərəfindən saxlanılıb. Onlardan 156 nəfər Moskvada, 86 nəfər Sankt Peterburqda, 11 nəfər Rostov-na-Donda, 2 nəfər isə Bryansk şəhərində saxlanılıb.

Saxlanılanlar arasında Rusiyanın məşhur rejissoru Dmitri Vasilyev də var. Diabet xəstəliyindən əziyyət çəkən rejissorun halı polis şöbəsində pisləşib. Vəkilinin sözlərinə görə, polislər rejissorun insulin iynələrini və indektorunu özüylə götürməyə icazə verməyib. Hazırda rejissor xəstəxanada müalicə alır. Rejissorla yanaşı, Rusiya sənət dünyasının bir çox nümayəndələri etirazlara qoşulublar.

2011-ci ildə Rusiyada keçirilən prezident seçkilərinə olan etirazlardan sonra, ikinci ən böyük etiraz mitinqi kimi tarixə düşən mitinq dövlət televiziyalarında işıqlandırılmayıb. Mitinq saatlarında "России 1" kanalında film, "Первый” 6 saatlıq musiqi marafonu, "НТВ” kanalında isə interaktiv yarışma efirə gedib. Mitinq haqqında ilk dəfə 16:06-da "Россия 24" kanalı 20 saniyəlik sujet verib. Sujetdə mitinqdə 20 min nəfərin iştirak etdiyi və təyin olunan vaxtda dağılışdığı söylənilib.

Etirazın üçüncu dalğası 17 avqusta planlaşdırılır. Moskvanın mərkəzindəki Yakimanka rayonunun yerli icra hakimiyyətindən Andrey Morev deyir ki, artıq avqustun 10-da üçüncü mitinq üçün ərizə verilib. Mitinqin şərtləri ötən mitinqdə olduğu kimidir. "Səsvermə Hüququmuzu Bərpa Edək - 3" adlı mitinqə 12 avqustda baş tutandan daha çox etirazçının toplaşması nəzərdə tutulur.

Politoloq Elxan Sahinoğlu da Toplum TV-yə etirazların artacağını güman edir: "Rusiyada müxalifət edən qruplar parlamentdən kənar, yəni sistemdən kənar müxalifət adlanır. Əsas tələbləri də Moskva Dümasının seçkilərində namizədliklərinin qeydə alınmasıdır. Bildiyiniz kimi, bir hissəsinin namizədlikləri qeydə alınmayıb, topladıqları imzalar "saxtadır, yaxud tam deyil deyiblər, halbuki, sistemdən kənar müxalifətçilər bu iddiaların yalan olduğunu idda edirlər. Amma hər halda qeydiyyata almadıqlarına görə bu etiraz aksiyaları baş tutub və bunu da unutmayaq ki, Rusiyanın iki böyük şəhəri, Sankt-Peterburq və və Moskvada sərbəst liberallara dəstək verənlərin sayı artıb. Bunu Moskvada baş tutan mitinqlər də göstərir. Bu proses, çox güman ki, bir müddət davam edəcək".

Elxan Şahinoğlu deyib ki, Rusiyada hakimiyyətə etiraz getdikcə artır.

Onun sözlərinə görə baş verənlər Rusiya prezidenti Vladimir Putinin reytinqini bir qədər aşağı salıb: "20 ildir hakimiyyətdədir.Əvvəllər uğurları vardısa indi iqtisadiyyatda və siyasətdə uğurlar yoxdur və insanlar da bunu hiss edir. Sistemdən kənar müxalifətdə bundan istifadə edərək indiki hakimiyyətə qarşı təzyiqlərini artırır. Mənə elə gəlir ki, bu təzyiq getdikcə artacaq”.

Politoloq E. Şahinoğlu da bu dəfəki etirazların, əslində, gəlcəkdəki parlament və prezident seçkilərinə hazırlıq mərhələsi olduğunu söyləyir: "Rusiyada son böyük mitinqlər prezident seçkiləri zamanı olmuşdu. Yaxın illərdıə Rusiyada parlament seçkiləri keçiriləcək. Bu mitinqlər həm də parlament seçkilərinə hazırlıq məqsədi daşıyır. Müxalifət öz gücünü göstərməyə çalışır. Parlamentdə olan müxalifətin Rusiya hakimiyyəti ilə əlbir olduğu iddiaları var. Əsas iki müxalif partiya var: Komunist partiyası və Liberal-demokratlar. Rusiya cəmiyyətində onları çox da müxalif saymırlar. İndiki mitinqlərdə iştirak edən liberallar və feysbuk şəbəkələrində birləşən qruplar hökümətə etiraz edənlər sayılırlar. Putin hakimiyyəti də istəmir ki, onlar parlamentdə təmsil olunsunlar, Putinin daha çox Komunist və Liberal-demokratlarla razılığa gəlmək imkanı var".

Elxan Şahinoğlu deyir ki, sistemdən kənar müxalifət bununla razılaşmayaraq, parlament seçkiləri qabağı etirazlarını gücləndirəcək.

Politoloqun fikrincə, indiki mitinqləri, əsasən, nəbz yoxlaması saymaq olar.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Putin “saxta xəbərlər” qanunlarına imza atıb

    Putin “saxta xəbərlər” qanunlarına imza atıb ...

    19-03-2019, 14:50

  • 
  • Rusiyanın Federasiya Şurası “saxta xəbər” qanunvericiliyini təsdiq edib

    Rusiyanın Federasiya Şurası “saxta xəbər” ...

    14-03-2019, 11:33

  • 
  • Moskva meriyası ermənilərin Türkiyə səfirliyi qarşısında etiraz aksiyası keçirməsinə icazə verməyib

    Moskva meriyası ermənilərin Türkiyə səfirliyi ...

    20-04-2015, 22:43

  • 
  • Rusiyada azərbaycanlıların saxta nikahları

    Rusiyada azərbaycanlıların saxta nikahları ...

    16-06-2016, 12:18

  • 
  • Dövlət prezidentliyə namizədlərə pul ayırmayacaq

    Dövlət prezidentliyə namizədlərə pul ayırmayacaq ...

    5-08-2013, 15:09


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (59)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
casino
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu