Sudanın devrilmiş prezidenti ilk məhkəmə iclasında etiraf edib ki, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərindən külli miqdarda pul alıb.
Ömər əl-Bəşir pulu Səudiyyə Ərəbistanının tacdar şahzadəsi Məhəmməd bin Salman və BƏƏ əmiri Məhəmməd bin Zaiddən aldığını söyləyib.
Əl-Bəşir deyib: “Bin Zaid bir şərtlə mənə 1 milyon dollar verdi, amma pulu xərcləmədim, çünki bu xoşuma gəlmədi və pulu mənə çardıran şəxsin də adını çəkməyəcəyəm”.
Onun sözlərinə görə, pul xeyriyyə ianələrinə xərclənib və vəsaitin necə istifadə olunduğunu bilmir. Bu heç yerdə qeydə alınmayıb.
Eks-prezident daha sonra iş otağında aşkarlanan 2 milyon dolların bir hissəsinin Səudiyyə vəliəhdi Məhəmməd bin Salman tərəfindən verildiyini bildirib.
“Mənim əmlakım Kafuri məhəlləsindəki bir ev, ferma və mənzildir. Arvadım avtomobilini satmaqla Kafuri məhəlləsində iki torpaq sahəsinə sahib olub. Bütün pullarımı Hərbi Şura sədri müavininin qardaşı Əbdülrəhim Daqla vermişəm”, - deyə o əlavə edib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?