GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Ermənistan üzərindəki “Domokl qılıncı” - həlli uzanan Qarabağ problemi

Ermənistan üzərindəki “Domokl qılıncı” - həlli uzanan Qarabağ problemi

Tarix: 20-08-2019, 12:23 Bölmə :Dünya Baxış: 540
Ermənistan üzərindəki “Domokl qılıncı” - həlli uzanan Qarabağ problemi


Ermənistanın baş naziri Nikol Paşinyanın Xankəndindəki “miatsum” sərsəmləməsindən sonra Bakı və İrəvan arasında sülh danışıqlarının nə vaxt bərpa ediləcəyi müəmma olaraq qalır. Sentyabrın 20-də Nyu-Yorkda BMT Baş Məclisinin növbəti illik sessiyası başlayacaq. Zəif olsa da, belə ehtimal var ki, sessiya çərçivəsində ATƏT-in Minsk Qrupu həmsədrləri tərəflər arasında xarici işlər nazirləri səviyyəsində görüşə cəhd edə bilərlər. Hərçənd məntiqlə ona qədər İrəvan rəsmilərinin sülh prosesini mənasız edən son bəyanatlarına həmsədrlər hansısa şəkildə reaksiya verməlidirlər.

Bu reaksiya həm də ona görə vacibdir ki, Ermənistan rəhbərliyi beynəlxalq hüquq, BMT Nizamnaməsi kimi norma və sənədlərə tüpürməyə özündə asanca cəsarət tapa bilməsin, Nikol Paşinyan və onun güc nazirləri verdikləri avantürist, təxribatçı bəyanatların məsuliyyət yükünü və onların mümkün nəticələrini dərk eləsinlər.

*****

Əlbəttə ki, işğalçı ölkə rəhbərliyinin özünü bunca arxayın aparması və cəzasız hiss eləməsi ilk növbədə Rusiyaya görədir. Rəsmi Moskvanın hələ də işğalçı ilə işğala məruz qalanı öz adı ilə çağırmaması, üstəlik, Ermənistana hərbi-siyasi dəstək verməsi, silahlanma məsələsində təcavüzkar ölkənin Azərbaycandan geri qalmaması üçün əlindən gələni etməsi və ona vaxtaşırı ucuz qiymətə silahlar satmasıdır. Halbuki Kreml istəsəydi, Dağlıq Qarabağ münaqişəsinin dinc həllini sürətləndirə bilərdi. Təəssüf ki, postsovet məkanındakı münaqişələrlə, o sırada Qarabağ ixtilafı ilə bağlı hələlik belə bir hal qeydə alınmayıb.

“Rusiya regionda konfliktin nizamlanması və Dnestryanı bölgənin suveren, neytral və bloklara qoşulmayan Moldovanın tərkibinə qayıtmasının tərəfdarı kimi çıxış edir”. “Yeni Müsavat”ın Rusiya qaynağına istinadən verdiyi məlumata görə, bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ümumrusiya Gənclər Təhsil forumunda çıxışı zamanı deyib.

İlk baxışda praqmatik yanaşmadır. Moskvanı həmişə ən çox narahat edən məsələ onunla həmsərhəd postsovet ölkələrin Qərb bloklarına (Avropa Birliyi, NATO) qoşulmasınadan yanadır. Gürcüstan və Ukrayna timsalında bunun əyani şahidiyik. Lakin konkret olaraq, Azərbaycan daim Rusiyanın maraqlarını nəzərə alıb, heç bir bloka qoşulmayıb, hətta forpost Ermənistandan fərqli olaraq, Avropa Birliyi ilə assosiativ saziş də imzalamayıb hələ ki.

Bununla belə, Moskvanın Moldovaya (Dnestryanı məsələyə) yanaşması, göründüyü kimi, Azərbaycana və Qarabağ məsələsinə yanaşmasından fərqlənir - təbii ki, mənfi istiqamətə və Azərbaycanın ziyanına. Belə “ikili standart” isə ən çox status-kvonu uzatmağa çalışan Ermənistana sərf edir. O sırada Moskva ilə sələflərindən fərqli olaraq, bir elə isti münasibəti olmayan Paşinyan Rusiyanın obyektiv olmayan vasitəçiliyinə arxayınlaşaraq, vaxtaşırı Qarabağ mövzusunda populist və destruktiv bəyanatlar verir. Bununla özünün inqilabsonrası reytinqinin zəifləməməsinə çalışır.

Lakin Ermənistanın “inqilabçı rəhbəri” də sələfləri kimi anlamaq istəmir ki, onun reytinqi qısa zamanda düşməyə məhkumdur, çünki vəd olunan iqtisadi islahatlar Qarabağ məsələsində ciddi dönüş olmadan, blokada rejimi və müharibə təhlükəsi aradan qalxmadan, qonşu Türkiyə və Azərbaycanla əlaqələr qaydaya salınmadan mümkün deyil. Paşinyan isə inadla bunun əksini sübut eləməyə çalışır. Nəticə ortadadır: hakimiyyətdə olduğu 15 ayda, erməni ekspertlərinin özlərinin də qeyd etdikləri kimi, ölkədə sosial-iqtisadi durum, əhalinin güzəranı yaxşıya dəyişməyib, Ermənistandan kütləvi köç azalmayıb.

*****

“Ermənistanın inqilabçı hökumətinin əslində nə ilə məşğul olması sualı dünən ortaya çıxmayıb. Verilən vədlər çox idi: iqtisadi inkişaf, korrupsiya ilə mübarizə, həmvətənlərin öz tarixi vətənlərinə repatriasiyası, nəhayət, Qarabağ nizamlanmasında sıçrayış. Ancaq istənilən dəyişiklik və islahat üçün sabitlik lazımdır - hansını ki, inqilabi hərəkatın respublikanın hüdudlarından kənara yayılacağına ümid edən baş nazir Nikol Paşinyan xalqa vəd eləmir”.

“Yeni Müsavat”ın məlumatına görə, erməni siyasi şərhçi Mamikon Babayan “Vestnik Kavkaza” portalında “Ciddi siyasət əvəzinə piar” sərlövhəli təhlili məqaləsində belə yazır.

Məqalədə daha sonra deyilir: “Paşinyanın reytinqi tədricən düşməkdədir. O da özünün əvvəlki populyarlığını qaytarmaq üçün həm də piar-aksiyalardan istifadə edir. Bu xüsusda Paşinyanın az öncə İrəvanda iş vaxtı xarici turistlərlə avtobusda gəzintiyə çıxması erməni cəmiyyətində açıq-aşkar məyusluq doğurdu. İnsanlarda həm də şübhə yarandı ki, baş nazir işsizlikdən əziyyət çəkir, yaxud elə həmin o turizm sektorunda islahatlar aparmaq əvəzinə, ”Aykakan Jamanak" qəzetindəki redaktor təcrübəsindən yararlanaraq, özünün siyasi karyerasını “redaktə” edir"".

Müəllifə görə, Ermənistanda mürəkkəb klan sistemi mövcuddur və onu adlamaq üçün Paşinyan elitaların dəstəyini qazanmaq lazımdır. “Ancaq baş naziri belə sadə olmayan məsələdə dəstəkləmək istəyənlər çox deyil. O səbəbdən də o, xalqın dəstəyinə ümid edir. Köhnə rejimin mirasları çoxdur - yüzlərlə, hətta minlərlə aparat işçisi artıq özünü yaratma mexanizmi işləyib hazırlayıb. Ona görə də Nikol Paşinyana hətta Nazirlər Kabinetinin başçısı ola-ola ölkə parlamentində özünü müxalifətdən olan baş nazir kimi təqdim eləmək daha məqbuldur, nəinki qeyri-populyar qərarlar qəbul eləmək. Başqa yandan, aktual problemlərin həllindən yayınmaqla Paşinyan özü üçün vaxtilə devirdiyi adamlara çevrilmə riski yaradır”, - deyə erməni təhlilçi sonda vurğulayıb.

Bu perspektivdən qaçmağın yeganə yolu isə Ermənistanı “Qarabağ problemi” adlı böyük yükdən xilas eləmək, yəni işğalçı ölkənin inkişafı önündə əsas əngəli götürüb iqtisadi inkişafın önünü açmaqdir. Əks halda, Paşinyanı sələflərinin taleyi gözləyir. Qarabağ problemini kamifuljay edib kənara qoymaq, yaxud guya artıq belə bir problemin mövcud olmadığı, hər şeyin bitdiyi görüntüsünü yaratmaq Ermənistanın vəziyyətini daha acınacaqlı edəcək. Qarabağ məsələsi artıq çoxdan Ermənistan iqtisadiyyatı üzərində “Domokl qılıncı”na çevrilib...
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Həmsədrlər Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü ilə əlaqədar bəyanat yayıblar

    Həmsədrlər Azərbaycan və Ermənistan XİN ...

    24-09-2017, 11:58

  • 
  • ATƏT-in Minsk Qrupu həmsədrləri oktyabrda regiona səfər edəcək

    ATƏT-in Minsk Qrupu həmsədrləri oktyabrda regiona ...

    24-09-2017, 20:04

  • 
  • BMT-nin baş katibi Əliyev-Paşinyan görüşünü alqışladı

    BMT-nin baş katibi Əliyev-Paşinyan görüşünü ...

    30-03-2019, 10:56

  • 
  • İrəvanın növbəti Qarabağ blefi - düşmən vaxt udmağa çalışır

    İrəvanın növbəti Qarabağ blefi - düşmən vaxt ...

    27-09-2018, 14:31

  • 
  • Azərbaycan və Ermənistan xarici işlər nazirləri görüşəcək

    Azərbaycan və Ermənistan xarici işlər nazirləri ...

    14-01-2019, 14:28


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (354)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
casino
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu