GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » G7 görüşü: Rusiyaya görə mübahisə və Tramp üçün sürpriz

G7 görüşü: Rusiyaya görə mübahisə və Tramp üçün sürpriz

Tarix: 26-08-2019, 10:59 Bölmə :Dünya Baxış: 320
G7 görüşü: Rusiyaya görə mübahisə və Tramp üçün sürpriz


Bazar ertəsi günü Fransanın kurort şəhəri Biarritzdə "böyük yeddilik" ölkələrinin sammitinin sonuncu - üçüncü günü keçiriləcək.

Bazar günü Amerika Birləşmiş Ştatlarının (ABŞ) nümayəndə heyətinə böyük sürpriz İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif olub. Şənbə günü isə qızğın müzakirələrə Rusiyanın bu dünya ölkələrinin inkişafına çalışan elit kluba geri qaytarılması ilə bağlı olub.

Bazar ertəsi günü gözlənildiyi kimi, G-7 liderlər Amazon yanğınlarına kömək üçün texniki və maddi kömək planını müzakirə edəcəklər.

Fransa prezidenti Makronun sözlərinə görə, Braziliyadakı vəziyyət beynəlxalq böhran səviyyəsinə çatır.

Biarritzdən verilmiş məlumata görə, tərəflər müvafiq razılaşmasnı imzalamağa hazırlaşırlar.

Rusiyanın vaxtına hələ var
Donald Tramp jurnalistlərə deyib ki, G-7 liderləri Rusiyanın bu kluba qaytarılması imkanlarının müzakirə ediblər.

"Bəzi şəxslər Rusiyanın qayıtmasını istəyirlər. Düşünürəm ki, bu bütün dünya üçün xeyirli olardı. Məncə bu müsbət addım olardı. Mənimlə bu məsələdə həmfikir olanlar var və biz bunu müzakirə edirik. Məhz hansı qərarı qəbul edəcəyimizi bilmirəm, ancaq ötən axşam biz Rusiyanı geri qayıtması üçün dəvət etməyi istəyib-istəmədiyimizi müzakirə etdik",- Donald Tramp bazar günü deyib.

Trampın bu təklifi sammitdə anlayışla qarşılanmayıb.

Donald Trump Angela Merkel
"Görüşdə müzakirələr G-7-lərin liberal demokratlar olması yönündə olan fikirlərə görə yüngülcə gərginləşdi.. Trump bu nəzər nöqtəsini paylaşmayıb", - adının çəkilməsini istəməyən məmurlardan biri Reuters-ə söyləyib.

Tramp düşünür ki, Rusiyanın əsas oyunçu olduğunu nəzərə alaraq, Suriya və İran kimi bəzi məsələlər üzrə danışıqlara Putinin cəlb edilməsi töhvə verə bilər.

Bununla yanaşı, "Frans Press"-in diplomatik dairələrə istinadən verdiyi məlumata görə G-7-nin digər liderləri düşünür ki, Rusiyanı qrupa qaytarmaq üçün çox tezdir.

Rusiyanın G-8 iclaslarına dəvət olunması Krımın ilhaqından və Ukraynanın cənub-şərqindəki münaqişədən sonra dayandırılıb.

Fransa prezidenti Makron hesab edir ki, "Böyük Səkkizlik"-yi Ukraynadakı münaqişənin həll olunmadığı vaxtda Rusiyanın iştirakı ilə canlandırmaq aparıcı dünya güclərinin zəifliyinin təzahürü olacaq.

Emmanuel MAcron Vladimir Putin
Avropa Şurasının sədri Donald Tusk də Amerika prezidenti ilə bu məsələdə həmfikir deyil. Tuskun sözlərinə görə, G-7 ölkələrinin Rusiyanı "səkkizlər qrupuna" geri qaytarmamağa tələsməmək üçün indi daha çox səbəbi var, nəinki 2014-cü ildə G-8-lər qrupundan xaric olunarkən.

Donald Tramp bildirib ki, Rusiya prezidenti 2020-ci ildə ABŞ-da keçiriləcək G-7 sammitinə dəvətlilər arasında olacaq.

Tramp üçün günün sürprizi
Bazar günü G-7 sammiti çərçivəsində keçirilən görüşlərdə İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif də görünüb və Barritzdən verilən xəbərə görə, bu, Tramp və Amerika nümayəndə heyəti üçün sürpriz olub.

Danışıqlarda qısa iştirak edən Zərif söhbət məhsuldar keçib. O Twitter hesabında yazıb ki, "qarşıdakı yol çətindir, ancaq cəhd etməyə dəyər".

Cümə günü sammitöncəsi Zərif Fransada prezident Macronla görüşüb. İran ABŞ arasında qarşılıqlı münasibətlə ABŞ-ın 2015-ci ildə İranın nüvə proqramı anlaşmasından birtərəfli çıxışından sonra pisləşmişdi.

Bu müqavilənin digər 5 iştirakçısı o cümlədən, Fransa və Rusiya sənədə sadiq qalıblar, İran isə ABŞ-ın hərəkətinə cavab olaraq nüvə proqramını aktivləşdirib.

Emmanuel Makron fəal şəkildə İran və ABŞ arasında yaranan gərginliyi yumşaltmağa çalışır, eləcə də müqavilənin iştirakçısı olan ölkələr buna çalışır. Bununla yanaşı Tramp, vasitəçilik səylərinə şübhə ilə yanaşır.

"Biz öz işimizi görəcəyik, amma bilirsiniz, mən insanların danışmasını dayandıra bilmərəm. Danışmaq istəsələr, danışsınlar", - deyib.

Boris Johnson Donald Trump
Fransa, Almaniya, Böyük Britaniya, Kanada, ABŞ və Yaponiyanın daxil olduğu "Böyük yeddilərin" sammiti avqustun 24-26-da Biarritzdə keçirilir.

Görüşdə Brexit də daxil olmaqla, Amazon meşələrindəki yanğın, İran məsələsi və beyunləxalq ticarətlə bağlı problemlər geniş müzakirə olunub.

1998-ci ildən iqtisadi cəhətdən inkişaf etmiş ölkələrin forumu Rusiyanın iştirakı ilə "Böyük səkkizlik" olub. Lakin 2014-cü ilin iyununda Rusiyanın Krımı ilhaq etməsinə görə klub üzvləri Soçidə növbəti G8 sammitinə getməməyi qərara aldılar və Rusiya olmadan Brüsseldə toplaşdılar (BBC Azərbaycan).
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Tramp amerikalıları Analar günü münasibətilə təbrik edib

    Tramp amerikalıları Analar günü münasibətilə ...

    14-05-2018, 09:22

  • 
  • İranın xarici işlər nazirinə də sanksiyalar tətbiq edilir

    İranın xarici işlər nazirinə də sanksiyalar ...

    27-06-2019, 21:22

  • 
  • Bazar günü saatlarınızı geri çəkin

    Bazar günü saatlarınızı geri çəkin ...

    25-10-2013, 12:56

  • 
  • Trump Səudiyyə Ərəbistanında İslam ölkələrinin liderlərinə nitq söyləyəcək

    Trump Səudiyyə Ərəbistanında İslam ölkələrinin ...

    21-05-2017, 14:55

  • 
  • NATO Rusiyaya xəbərdarlıq etdi

    NATO Rusiyaya xəbərdarlıq etdi ...

    5-10-2015, 22:02


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu