Beyrut yaxınlığında bazar günü qəzaya uğrayan İsrail pilotsuz təyyarələri partlayıcı maddə daşıyırdı.
Gundemxeber.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Livanın “Hizbullah” hərəkatının açıqlamasında deyilir. Qeyd edilir ki, dronlar kəşfiyyat deyil, döyüş məsələlərinin icrası üçün nəzərdə tutulurdu. Məlumata görə, birinci pilotsuz təyyarənin analizi onun S4 tipli 5,5 kiloqram partlayıcı qurğu ilə təchiz edildiyini müəyyənləşdirib. “Alınmış yeni məlumatlara əsasən biz bildiririk ki, ikinci aparatda olduğu kimi birinci pilotsuz təyyarənin hədəfi kəşfiyyat deyildi, onun qarşısında partlayışla döyüş vəzifəsi dururdu. Biz təsdiq edirik ki, cənub şəhərətrafı minalanmış pilotsuz təyyarələrin hücumuna məruz qaldı", - hərəkatın mətbuat xidmətinin rəsmi məlumatında bildirilir. Xatırladaq ki, bazar günü gecəsi İsrailin pilotsuz təyyarələri Beyrutun cənub şəhərətrafısında “Hizbullah” təşkilatının mövqelərinə hücüm edib. Bir dron qəzaya düşüb və təşkilat üzvlərinin əlinə keçib, ikinci dron isə partlayıb. Hadisə İsrail hərbçilərinin Suriya paytaxtı Dəməşqin yaxınlığında aviazərbələrdən bir neçə saat sonra baş verib. İsraildən verilən açıqlamaya görə, aviazərbələrdə İran obyektləri vurulub. Bazar ertəsi gecəsi Livan KİV-i bildirib ki, İsrailin pilotsuz təyyarələri Livanda Suriya sərhədinin yaxınlığında Fələstinin Azadlığı üçün Xalq Cəbhəsinin mövqelərinə zərbələr endirib. Livan prezidenti Mişel Aun İsrail pilotsuz təyyarələrinin hücumlarını müharibə elanı kimi qiymətləndirib. “Livan Beyrutun cənub şəhərətrafına İsrail təcavüzünə cavab olaraq BMT Təhlükəsizlik Şurasına şikayət göndərdi. Özünümüdafiə hüququnu özümüzdə saxlayırıq, çünki, müharibə elanı olaraq baş verənlər suverenliyimizi və müstəqilliyimizi qorumaq hüququ verir”, - dövlət başçısının mətbuat xidmətinin xəbərində deyilir. “Hizbullah”ın rəhbəri Həsən Nəsrullah İsrailin hərəkətlərinə adekvat cavab verəcəyinə söz verib. Avqustun 27-də axşam saatlarında Livan Ali Təhlükəsizlik Şurasının təcili müşavirəsi keçiriləcək. Müşavirədə yaranmış vəziyyət əlaqədar olaraq qərarlar qəbul ediləcək.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?