Birləşmiş Ştatlar prezidenti Donald Tramp ABŞ-ın 2015-ci ildə bağlanan beynəlxalq nüvə anlaşmasını tərk etməsindən sonra bazar ertəsi İran prezidenti Həsən Ruhani ilə Tehranın nüvə proqramı ilə bağlı yeni razılaşmanı müzakirə etməyin gözəl bir şans olduğunu deyib.
Fransada dünya liderlərinin toplaşdığı G-7 sammitinin son günü çıxış edən Donald Tramp “İranın da görüşmək istədiyini düşünürəm” deyib.
Əgər şərtlər uyğundursa, əlbəttə mən görüşə razı olardım. Donald Tramp, ABŞ prezidenti
ABŞ lideri bir il əvvəl İrana tətbiq etdiyi iqtisadi sanksiyaların "tamamilə zərər vurduğunu" söyləyib. Belə ki, bununla Tramp İranın əsas gəlir mənbəyi olan beynəlxalq neft ixracatını kəskin şəkildə məhdudlaşdırmağa nail olub.
Lakin Donald Tramp prezident Həsən Ruhani ilə görüşün İran ordusunun xaricdə gərginlik yaratmayacağı şərtilə baş tuta biləcəyini bildirib. O israr edir ki, 2015-ci il razılaşmasına əsasən İranın yalnız 10 il müddətinə deyil, daha uzun müddətə nüvə silahı və ballistik raketlərini sınaqdan keçirməsinə qadağa qoyulmalıdır.
“İranla bağlı hisslərim müsbətdir, İranın inanılmaz gözəl bir xalqı var,” deyə Donald Tramp bildirib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?