GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Paşinyanın “ömrünü uzadan” təxribatlar: “Müharibə olarsa...” - GƏLİŞMƏ

Paşinyanın “ömrünü uzadan” təxribatlar: “Müharibə olarsa...” - GƏLİŞMƏ

Tarix: 31-08-2019, 15:01 Bölmə :Dünya Baxış: 1 194
Paşinyanın “ömrünü uzadan” təxribatlar: “Müharibə olarsa...” - GƏLİŞMƏ


Yaxın vaxtlarda Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov və Zohrab Mnatsakanyanın yeni görüşünün keçirilməsi planlaşdırılır.

Bu haqda məlumatı "Sputnik Ermənistan" yayıb.

Z.Mnatsakanyan jurnalistlərə açıqlamasında dəqiq vaxt deyə bilməyəcəyini, müvafiq bəyanatın hər iki tərəfdən verilməli olduğunu və bu mövzuda dialoqların getdiyini bildirib.
Erməni nazir bununla yanaşı Dağlıq Qarabağ probleminin həlli ilə bağlı danışıqların il ərzində olduqca dinamik olduğunu və tərəflərin prosesi dondurmaq niyyətində olmadığını deyib.

Lakin Mnatsakanyan dövlət başçıları səviyyəsində görüşlə bağlı hələlik heç nə deyə bilməyib.

Qeyd edək ki, sonuncu dəfə Z.Mnatsakanyan və E. Məmmədyarov 20 iyun 2019-cu ildə Vaşinqtonda görüşüblər.

Danışıqların keçirilməsi xəbərinin ardınca isə bu gün erməni tərəfi Noyemberyan rayonunun Şavarşavan kəndi yaxınlığındakı döyüş mövqeyindən Qazax rayonunun Fərəhli kəndi istiqamətindəki sərhəd döyüş məntəqəmizi snayper atəşinə tutub, nəticədə arxa istiqamətdə təminat yolunda hərəkət edən hərbi yük nəqliyyat vasitəsi atəşə məruz qalıb.
Hərbi qulluqçular arasında xəsarət alan olmayıb. Düşmən snayperlərinin atəş nöqtələri cavab atəşilə susdurulub.

Ümumiyyətlə, müşahidələr göstərir ki, Ermənistan tərəfi həmişə danışıqlardan əvvəl və sonra atəşkəsi pozmağa cəhd edir və təxribat törədir.

Ermənistanın danışıqlar zamanı təxribat törətmə səbəbi nədir?

Məsələ ilə bağlı Cebhe.info-ya açıqlama verən millət vəkili, siyasi şərhçi Elman Nəsirli Ermənistanın heç bir danışığa maraqlı olmadığını, sadəcə fon yaratmaqla məşğul olduğunu qeyd edib:

“Erməni mətbuatının yaydığı məlumata görə, Ermənistan tərəfi Azərbaycanla danışıqlar aparmaq niyyətindədir. Belə məlumatlar yayılıb ki, BMT Baş məclisinin növbəti sessiyası çərçivəsində Nyu-Yorkda görüşün keçirilməsini istəyirlər. Dəqiq vaxt və yer tam aydın deyil, amma Ermənistan tərəfi fon yaradır ki, guya danışıqlarda maraqlıdır. Amma bu, bir fondur. Reallıq isə tamamilə başqa həqiqətləri üzə çıxarır. Həqiqət isə Ermənistanın baş naziri Nikol Paşinyanın avqust ayının 5-də Azərbaycanın işğal altında olan Xankəndi ərazisində keçirilən mitinqdə səsləndirdiyi fikirlər, eyni zamanda xarici işlər naziri Zöhrab Mnatsakanyanın sinxron olaraq dediyi sözlərin göstərdiyi vəziyyətdir. Bu fikirlər göstərir ki, Ermənistanın danışıqların aparılmasında heç bir marağı yoxdur. İrəvan danışıqların kəsilməsində maraqlıdır, siyasi hoqqabazlıq və siyasi avantüra ilə məşğuldur. Necə danışıqlar gedə bilər ki, Paşinyan Xankəndində çıxışı zamanı Dağlıq Qarabağın Ermənistanın tərkib hissəsi olduğunu deyir? Belə olan vəziyyətdə danışıqlar masasında hansı məsələ ətrafında söhbət gedə bilər? Hansı dinc yolla nizamnamədən danışıla bilər?”

Millət vəkili bildirib ki, Ermənistan tərəfi danışıqların baş tutmaması üçün gizli şəkildə mühit formalaşdırır və bunun səbəbi isə ölkə daxildəki narazılığı aradan qaldırma istəyidir:
“Bu gün Ermənistan tərəfinin atdığı addımlar, səsləndirdiyi siyasi bəyanatlar eyni zamanda atəşkəs rejiminin pozulması, nəqliyyat vasitəsinin ermənilər tərəfindən hədəfə alınması göstərir ki, Ermənistan məqsədyönlü şəkildə elə mühit formalaşdırmaq istəyir ki, danışıqlar baş tutmasın. Belə bir mühiti ona görə formalaşdırmaq istəyir ki, Ermənistan əhalisi görsün ki, münaqişənin həlli ilə bağlı məsələlərlə çox ciddi məşğuldur. Bu siyasət Paşinyanın nəyinə lazımdır? Bu siyasət axı Ermənistana nicat yolu gətirmir. Bu, Ermənistanı fəlakətlərdən xilas etmir, əksinə məsələni daha da dərinləşdirir. Məsələ ondadır ki, Paşinyan bu gün çox böyük bir dilemma qarşısında qalıb. Çünki o , hakimiyyətə gəldikdən sonra verdiyi heç bir vədi yerinə yetirə bilməyib. Nə xalqın çörək, nə iş, nə iqtisadi fəlakətlərə son qoyulması tələbini , nə ölkəni əhalinin həndəsi silsilə ilə tərk etməsi problemini həll edə bilib. Belə olan vəziyyətdə, o daxili auditoriyanı sakitləşdirmək üçün bu kimi işlərə əl atır”.

Elman Nəsirli Ermənistanın atdığı bu cür səhv addımların onu “dalan”a gətirdiyini bildirib. Qeyd edib ki, Paşinyanın da bunu dərk edir:“Amma digər məsələ də odur ki, bu siyasət özü onu “dalan”a gətirib çıxarır. Bu siyasət dinc danışıqların alternativi ola biləcək müharibə versiyasını aktuallaşdırır və ac-yalavac, blokada vəziyyətində olan, heç bir xarici investorun ölkəsinə investisiya qoymaq istəmədiyi bir Ermənistan belə bir müharibəyə, əlbəttə ki, hazır deyil. Ona görə də bu gün onlar odla su arasında qalıblar. Bir yandan daxili sakitləşdirmək, digər yandan sülhdən danışmaq lazımdır. Eyni zamanda bilir ki, müharibə olsa, onlar üçün biabırçılıqla bitəcək. Bu gün Ermənistanın real vəziyyəti budur. Bir şey də bəlli olub ki, Ermənistan baş naziri, müdafiə naziri və xarici işlər nazirinin iştirakı ilə qapalı bir iclas da keçirilib. Həmin iclasda əsas məsələlərdən biri ABŞ-ın Ermənistan qarşı çox soyuq münasibətinin səbəb və motivləri ilə bağlıdır. Məlum olub ki, rəsmi Vaşinqton Ermənistanın Rusiyanın qoltuğu altında Suriyadakı hərbi, humanitar missiyanı heç cür qəbul etmək istəmir və Ermənistanın bu hərəkəti rəsmi Vaşinqtonu xeyli qıcıqlandırıb. Bütün bunlar üst-üstə gəldikdə, Paşinyan sözün həqiqi mənasında çox böyük dilemma qarşısında dayanıb və bir çox hallarda xaotik addımlar atır. Özü də dərk edir ki, bu, Ermənistanın əleyhinədir. Lakin hakimiyyəti qoruyub-saxlamaq istəyi və hakimiyyətdən devirdiyi Sarkisyanın taleyini yaşamaq qorxusu onu məcbur edir ki, populist bəyanatlar versin. Təxribatların da səbəbi elə əslində danışıqları istəməməklə bağlıdır”.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Məmmədyarovla Mnatsakanyan görüşəcək - XİN təsdiq etdi

    Məmmədyarovla Mnatsakanyan görüşəcək - XİN təsdiq ...

    8-10-2018, 15:42

  • 
  • Azərbaycan və Ermənistan XİN başçıları Vaşinqtonda görüşün yekunları haqqında

    Azərbaycan və Ermənistan XİN başçıları ...

    21-06-2019, 14:31

  • 
  • Elmar Məmmədyarov Ermənistanın indiki və keçmiş XİN rəhbərləri arasındakı fərqi açıqlayıb

    Elmar Məmmədyarov Ermənistanın indiki və keçmiş ...

    25-07-2018, 15:11

  • 
  • Zöhrabın absurd və dolaşıq Qarabağ mövqeyi - TƏHLİL

    Zöhrabın absurd və dolaşıq Qarabağ mövqeyi - ...

    4-03-2019, 12:52

  • 
  • Azərbaycan XİN Məmmədyarov və Mnatsakanyan arasında mümkün görüş barədə

    Azərbaycan XİN Məmmədyarov və Mnatsakanyan ...

    9-01-2019, 16:37


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (354)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu