Birləşmiş Millətlər Təşkilatı (BMT) Myanmada yaşayan 600 min müsəlmanın soyqırım təhlükəsi qarşısında qaldığını açıqlayıb.
Bu barədə BMT-nin Myanma üzrə müşahidəçilərinin yaydığı yazılı açıqlamada bildirilib.
Sənəddə ölkənin Rohinqya bölgəsində hökumətə bağlı hərbi qüvvələrin müsəlmanlara qarşı silahlı hücumlarının davam etdiyi bildirilib.
BMT-nin müşahidə missiyası bundan əvvəl Myanma ordusu tərəfindən zorakılıqla ölkə ərazilərindən çıxarılan 1 milyon müsəlmanın geri qayıtması üçün heç bir imkanın olmadığını vurğulayıb.
BMT 2017-ci ildə Myanma ordusunun müsəlmanlara yönəlik hücumlarını soyqırım adlandırmış, ölkənin yüksəkvəzifəli generalları barədə cinayət işinin açılmasını tələb etmişdi.
Myanma hökuməti rohinqyalı müsəlmanları rəsmi olaraq vətəndaş saymır.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?