Ermənistanda yüksək vəzifəli şəxslərin istefası davam edəcək.
Bu barədə “Joxovurd” qəzetində məlumat verilib.
Məlumatlara görə, Baş nazirin müavini Mqer Qriqoryan, Xarici İşlər naziri Zöhrab Mnatsakanyan və Ermənistanın Müdafiə naziri David Tonoyan öz postlarını tərk edə bilər.
Nəşr xəbər verir ki, Amulsarın işləyəcəyini söyləyən Fövqəladə Hallar naziri Feliks Çolakyan və Ətraf Mühit naziri Erik Qriqoryan da nazir portfellərini öz istəkləri ilə təhvil verəcəklər.
İstefaya gedə biləcək nazir namizədləri arasında Maliyyə Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi və Dövlət Gəlirlər Komitəsinin rəhbərləri də var.
Qəzet yazır ki, Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ-dan qayıtdıqdan sonra sosial blokun nazirlərini vəzifələrindən azad etmək niyyətindədir. Söhbət Səhiyyə naziri Arsen Torosyan, eləcə də, Əmək və Sosial İşlər naziri Zarui Batoyandan gedir.
Qeyd olunur ki, Ermənistan Milli Məclisində də dəyişikliklər gözlənilir. Vəziyyətin vitse-spiker Lena Nazaryan tərəfindən ağırlaşdırıldığı iddia olunur. “Joxovurd” “Mənim addımım” fraksiyasından ayrılan Mikael Zolyanın parlamentdə yeni qrupun üzvü olacağını da proqnozlaşdırır.
Yaxın gələcəkdə bu yeni qrupa başqa kimlərin qoşulacağı bəlli olacaq.
Xatırladaq ki, bundan əvvəl Milli Təhlükəsizlik Şurasının rəhbəri Artur Vanesyan və Ermənistan polisinin rəhbəri Valeri Osipyan istefa vermişdilər.(oxu.az)
Sorğu
Yeni dizaynımız necədir?