İstanbulda baş verən zəlzələ dağıntıya səbəb olub.
Gundemxeber.Az bildirir ki, şəhərin Avcılar məhəlləsindəki məscidin minarəsi aşıb.
*** 15:03
Türkiyənin İstanbul şəhərində 6 bal gücündə zəlzələ olub.
Gundemxeber.Az bildirir ki, bu barədə Kandilli Rəsədxanası məlumat yayıb. Yeraltı təkanlardan vahimələnən sakinlər küçələrə çıxıb. Eyni zamanda məktəblər, xəstəxanalar və ticarət mərkəzləri təxliyyə edilib. Rabitə xətlərində problem yaranıb. Bu səbəbdən zəlzələdən sonra vətəndaşlar yaxınları ilə əlaqə saxlamaqda çətinlik çəkib. Dağıntılar barədə məlumat verilməyib.
Sorğu
Yeni dizaynımız necədir?