Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd Bin Salman deyib ki, beynəlxalq ictimaiyyət İrana qarşı sərt mövqe tutmasa, neft qiymətləri misilsiz səviyyəyə yüksəlməklə yanaşı, gənginliklər daha da dərinləşəcək.
"Dünya İrana qarşı ciddi ölçülər götürməsə, dünya maraqlarını hədələyən gərginliklər artacaq” - deyə, şahzadə ABŞ-ın 60 dəqiqə adlı proqramına müsahibəsində deyib.
Müsahibə İranın Səudiyyə Ərəbisyanının neft obyektlərinin dron hücumlarına məruz qalmasından 15 gün sonra (sentyabrın 29-da) nümayiş etdirilib. Neft obyektlərinə hücumdan sonra regionda gərginliklər daha da artıb.
Birləşmiş Ştatlar, Səudiyyə Ərəbistanı və Qərbi Avropa ölkələri hücumda İranı günahlandırıb.
ABŞ dövlət katibi Mayk Pompeo hücumların "müharibə aktı" kimi qəbul edilməli olduğunu söyləyib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?