GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Ərdoğan ABŞ-ın tələbini yerinə yetirəcək? - ANKARADA KRİTİK GÖRÜŞ…

Ərdoğan ABŞ-ın tələbini yerinə yetirəcək? - ANKARADA KRİTİK GÖRÜŞ…

Tarix: 17-10-2019, 13:22 Bölmə :Dünya Baxış: 304
Ərdoğan ABŞ-ın tələbini yerinə yetirəcək? - ANKARADA KRİTİK GÖRÜŞ…


Kamran Sultanlı: “Ərdoğan birdən-birə bu əməliyyatları bitirə bilməz”

Kənan Paşayev: “Ərdoğan ABŞ-ın tələblərinə əhəmiyyət verməyəcək”


ABŞ-ın vitse-prezidenti Mayk Pens və dövlət katibi Mayk Pompeo Türkiyəyə səfər edəcəklər. Bu haqda dünən ABŞ Prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında bildirib.

“Türkiyəyə və başqalarına qarşı sərt davranacağıq. Sülh və təhlükəsizliyi davam etdirmək məcburiyyətindədirlər. Pens və Pompeonun yer aldığı nümayəndə heyəti Türkiyədən atəşkəs tələb edəcək”, - deyə ABŞ prezidenti vurğulayıb.

Yayılan məlumatlara görə, ABŞ nümayəndə heyətinə prezidentin milli təhlükəsizlik üzrə köməkçisi Robert Obrayen və ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Ceffri də daxildir.

Qeyd edək ki, oktyabrın 17-də ABŞ prezidenti Donald Trampın müavini Maykl Pensin Türkiyə prezidenti Rəcəb Təyyub Ərdoğanla görüşü nəzərdə tutulur. Bu, Pensin ABŞ-ın vitse-prezident kimi Türkiyəyə ilk səfəri olacaq.

Lakin Türkiyə Prezidenti Rəcəb Təyyub Ərdoğan “SKY News” müxbirinin “ABŞ-ın nümayəndə heyəti buraya (Türkiyəyə-red.) gəlir. Narahatsınız? Onlarla nə barədə danışacaqsınız?” sualına cavabında Penslə görüşməyəcəyini bildirib.

“Mən dimdik ayaqdayam. Niyə narahat olmalıyam? Onlarla görüşməyəcəyəm. Onlarla öz mövqedaşları görüşəcək. Mən Tramp gələndə onunla görüşəcəyəm”, - deyə o vurğulayıb.

Türkiyə lideri atəşkəs elan edilməsi məsələsinə də toxunub: “ABŞ bizə dedi ki, atəşkəs elan edin, biz də danışıqlarda vasitəçilik edək. Mən isə bu təklifə “terror təşkilatı ilə danışıqlar masasına əyləşmərəm, bir heyət göndər, sizinlə danışaq” cavabını verdim. Bizə deyirlər ki, atəşkəs elan et, danışıqlara başlayaq. Biz də “əvvəlcə razılıq əldə edək, ondan sonra atəşkəs elan edərik” dedik”.

Maraqlıdır ki, bugünkü görüşdə ABŞ-Türkiyə arasında razılıq əldə oluncaq yoxsa, yox? Və yaxud razılıq əldə olunmasa, Türkiyə ABŞ-ın tələbinə əməl edəcəkmi?

“Ərdoğan çalışacaq ki, zamanı uzatsın”

ABŞ nümayəndə heyətinin Türkiyəyə səfəri ilə bağlı politoloq Kamran Sultanlı “Hürriyyət”ə dedi ki, Ərdogan üçün bu əməliyyat olduqca vacibdir: “Bu əməliyyat onun siyasi reputasiyası və reytinqi uçun önəmlidir. Lakin beynəlxalq təzyiqi və xüsusilə böyük gücləri nəzərə almalıdır. Buna görə də zənnimcə, Ərdoğan birdən-birə bu əməliyyatları bitirə bilməz, çalışacaq ki, zamanı uzatsın və ən azı əməliyyatın müəyyən nəticəyə gəldiyini ictimaiyyətə təqdim edə bilsin. Birdən-birə əməliyyatın dayandırılması Ərdoğanın reytinqi və imici üçün zərbə olar. Bu baxımdan, bu görüşdə birdən-birə atəşkəs əldə edilməsini gözləmirəm. Amma istənilən halda yaxın zamanlarda bu, baş verə bilər”

“Tramp bununla daxili auditoriyaya və ən əsası müxalifətə göstərir ki..”

“Pensin səfərinin səbəbi kimi, o da qeyd edilməlidir ki, Tramp bununla daxili auditoriyaya və ən əsası müxalifətə göstərir ki, kürdləri tək qoymayıb, müttəfiqi sayıb və Türkiyəyə təzyiq edir. Çunki Rusiya mediası və Amerikada anti-Tramp qüvvələr Amerikanın öz müttəfiqini satdığıni xüsusi qeyd edirlər”,-deyə politoloq əlavə edib.

“Tramp daxildəki müxalifəti sakitləşdirmək üçün ritorikani dəyişdi”

K. Sultanlı onu da vurğuladı ki, “ABŞ-ın Fəratın şərqini tərk etməsindən sonra Suriyada əsas güc məhz Rusiya oldu. Əslində, Tramp Türkiyə ilə əməkdaşlığa maraqlıdı. Ərdoğanın Trampla birinci telefon danışığından sonra, ABŞ ordusunu həm Menbiçdən, həm Hasekədən, həm də Tel-Abyad və Rasulayndan geri çəkdi. Bunun özü belə Ankara üçün onəmli idi. Təbii ki, burada Ərdoğan da məharətlə ABŞ siyasi establişmentində olan gərginlikdən istifadə etdi. Lakin ABŞ siyasi sistemində Trampa qarşı təzyiqlər onun manevr etməsinə səbəb oldu. Tramp daxildəki müxalifəti sakitləşdirmək üçün ritorikani dəyişdi. Lakin hələlik tətbiq edilən sanksiyalar Türkiyə iqtisadiyyatı üçün ölümcül deyil, amma bunun bəlli təsirləri olacaq. Tramp indi daxildə sistemi qarşısına ala bilməz, xüsusilə impicment qalmaqalının getdiyi ərəfədə. Görunən odur ki Pens və Pompeonun Ankara səfərində Vaşinqton bir daha öz fikirlərini Ankaraya çatdıracaq. Təbii ki, ABŞ-da Türkiyəyə qarşı sərt sanksiyaların tətbiq edilməsini arzulayan bir çox siyasilər olsa da, amma Vaşinqtonda hələ də Türkiyə ilə körpülərin tam yandırılmasını istəmirlər”.

“Pens və Pompeonun gəlişi ilə Vaşinqton dialoqu qorumağa çalışır”

Sultanlının fikrincə, böyük ehtimalla Türkiyə yaxın zamanlarda əməliyyatı bitirəcək: “Onsuz da Türkiyənin Suriyaya girməsi üçün Adana müqaviləsi var ki, bu müqavilə Ankaraya 5 km-ə qədər Suriyaya girməyə icazə verir. ABŞ-ın regiondan çıxması əslində, Suriyada Türkiyənin manevr imkanları məhdudlaşdırır, onu Rusiyadan daha çox asılı edir. Pens və Pompeonun Ankara səfərində Vaşinqton dialoqa çalışacaq. Turkiyə böyük ehtimalla Türkiyə-Suriya sərhədinin tam nəzarətə ala bilməyə bilər. Çünki artıq Əsəd ordusu kürd bölgələrini faktiki bölüb, Hasekə ətrafını, Menbiçi və 4 məntəqəni nəzarətə alıb. Həmçinin kürdlərlə də anlaşıb. Trampın dünən YPG lideri Mazlum Kobani ilə danışması YPG-nin legitim bir təşkilata çevrildiyini göstərir. Amma Türkiyə Cerablusdan Afrinə, oradan da Tel-Abyad və Rasulayna qədər hissəni nəzarətə almaqla, kürdləri qismən sərhəddən uzaqlaşdırdı. Bu, Türkiyənin Suriyanın gələcəyi ilə bağlı danışıqlarda əlini gücləndirəcək. Pens və Pompeonun gəlişi ilə Vaşinqton dialoqu qorumağa çalışır. Təbii ki, Türkiyədə Qərblə əlaqələrdə körpülərin tam yandırılmasını istəyən avrasiyaçılər olsa da, hələ də Türkiyə rəsmiləri Qərblə körpülərin tam yandırılmasının Türkiyə üçün ciddi təsirlərə malik olacağını bilirlər. Turkiyə minimal işi həll etdi. Amma yəqin ki, Türkiyənin Suriya sərhəddini tam nəzarətə alması mümkün olmayacaq”.

“Ərdoğan nümayəndə heyətini vaxt qazanmaq üçün Türkiyəyə çağırıb”
“Atlas” Araşdırmalar Mərkəzinin eksperti Kənan Paşayev isə dedi ki, ABŞ nümayəndə heyətinin Türkiyə səfərinin ciddi nəticəyə malik olacağını düşünmür: “Zənnimcə, Ərdoğan ABŞ-ın tələblərinə əhəmiyyət verməyəcək. Sadəcə, nümayəndə heyətini vaxt qazanmaq üçün Türkiyəyə çağırıb. ABŞ isə Türkiyəyə çox da ciddi sanksiyalar tələb edə bilməz. Türkiyə Kiprdə hərbi əməliyyatlara başlayanda ABŞ-ın rəsmi Ankaraya qarşı tətbiq etdiyi sanksiyalara qarşılıq olaraq İncirlik hərbi bazası 1974-1975-ci illərdə bir müddətlik bağlanmışdı. Daha sonra ABŞ sanksiyaları qaldırdıqdan sonra hərbi baza Ankara tərəfindən yenidən istifadəyə verildi. Hal-hazırda Tramp administrasiyasının ən çox ehtiyatlandığı hadisə budur”.

“Vəziyyətin gərginləşəcəyi gözləniləndir”

K. Paşayev xatırladıb ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu iyul ayında verdiyi açıqlamasında “ABŞ bizə sanksiya tətbiq edərsə, biz də İncirliklə bağlı düşünərik” demişdi: “Düzdür, o zaman bu söz S-400 raketlərinin alınmasına görə, ABŞ-ın qoyacağı sanksiyalara qarşılıq olaraq deyilmişdi, amma nə fərqi var ki, mahiyyət eynidir. Bu səbəbdən də Türkiyənin başlatdığı əməliyyatlara sadəcə söz yığnağı ilə reaksiya bildirə bilirlər. Türkiyə ilə ABŞ-ın razılığa gələcəyini demək çətindir. Vəziyyətin gərginləşəcəyi gözləniləndir”./hurriyyet.org
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Mayk Pens İordaniya, Misir və İsrailə səfər edəcək

    Mayk Pens İordaniya, Misir və İsrailə səfər edəcək ...

    9-01-2018, 10:44

  • 
  • Tramp: Türkiyənin Suriyaya hərbi müdaxiləsinin “bizimlə heç bir əlaqəsi yoxdur”

    Tramp: Türkiyənin Suriyaya hərbi müdaxiləsinin ...

    17-10-2019, 11:58

  • 
  • “Səbrimizi sınamayın” - ABŞ-dan Türkiyəyə təhdid dolu Mesajlar

    “Səbrimizi sınamayın” - ABŞ-dan Türkiyəyə təhdid ...

    16-08-2018, 13:28

  • 
  • Tramp vitse-prezidenti Türkiyəyə göndərir, administrasiya Suriya siyasətinə görə tənqid olunur

    Tramp vitse-prezidenti Türkiyəyə göndərir, ...

    16-10-2019, 11:38

  • 
  • ABŞ Pompeodan öncə Türkiyəyə onu göndərdi

    ABŞ Pompeodan öncə Türkiyəyə onu göndərdi ...

    16-10-2018, 11:58


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (506)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu