İŞİD lideri Əbubəkr Bağdadinin dünən gecə İdilibə düzənlənən əməliyyat sırasında necə öldürülməsinin detalları bəlli olub.
Əməliyyat sırasında ələ keçəcəyini anlayan “xəlifə”nin üzərindəki bombanı partladaraq intihar etdiyi bildirilir.
Məlumat adı gizli saxlanılan Pentaqon səlahiyyətlisinə istinadən yayılıb.
Bağdadi də qabığı nazik qozlardan deyilmiş. “Xəlifə”nin ABŞ Xüsusi Qüvvələrinin geceyarısı vertolyotla endirdiyi desantlarla təxminən 4 saat döyüşdüyü bildirilir.
Anadolu Agentliyinin bildirdiyinə görə, gecə yarısı 00.00 radələrində bölgəyə 8 ABŞ vertolyotu və 2 insansız hava vasitəsi (İHA) gələrək Barişa kəndi yaxınlığındakı hədəfi saat yarım ərzində intensiv atəşə tutub. Vertolyotlara aşağıdan ağır silahlarla cavab verilib. Təxminən 1,5 saat davam edən ilk toqquşmanın ardından vertolyotlar bölgədən ayrılıb. Yarım saat sonra geri qayıdan vertolyotlar hücuma davam ediblər. Məhz ikinci hücum zamanı ABŞ desantları yerə endiriliblər. Toqquşmanın ikinci hissəsi 2,5 saat sürüb. Vertolyotlar təqribən dörd saat davam edən əməliyyatın ardından bölgədən ayrılıblar.
Əməliyyat yerinə gedən tibb briqadaları hücumun baş verdiyi ərazidə tamamilə dağıdılmış bir ev ilə ətrafında yanmış bəzi çadırlar görüblər. Səhiyyə qrupları hadisə yerində 3 kişi, 3 qadın və 1 uşaq olmaqla, cəmi 7 adamın cəsədini aşkarlayıblar, 5 yaralaya isə ilk tibbi müdaxilə edilib.
İdlibdeki Suriya hava sahəsinə Rusiya tərəfindən nəzarət edilir.
ABŞ mətbuatında yer alan digər xəbərlərə görə, Pentaqon sözügedən əməliyyatda Bağdadinin öldürüldüyünə inansa da, ancaq bunu təsdiqləmək üçün hələ də dəqiqləşdirmə işləri aparılır. Xəbərdə Ağ Evi məlumatlandıran hərbi dairələrin "Bağdadinin öldürüldüyündən böyük miqdarda əmin olduqlarını" bildirilir.
ABŞ-ın əməliyyatı kürd separatçıları ilə bərabər apardıqlarına dair iddialar da var. İddianı irəli sürən isə Türkiyənin terrorçu deyib ABŞ-dan tələb etdiyi Məzlum Abdidir. Özünü Demokratik Suriya Qüvvələrinin (DSG) Baş Komandanı kimi təqdim edən Məzlum öz twitter hesabında paylaşdığı ərəbcə statusunda bildirib: "Amerika Birləşmiş Ştatları ilə birgə kəşfiyyat fəaliyəti nəticəsində uğurlu tarixi bir əməliyyat keçirdik".
Abdi əməliyyat barədə tam məlumat verməsə də, onun İŞİD lideri Əbubəkr Bağdadinin öldürüldüyü iddia edilən əməliyyatı nəzərdə tutduğu təxmin olunur.
ABŞ prezidenti D. Tramp da bir müddət əvvəl gözlənilən çıxışını edib. Ağ evdə keçirdiyi mətbuat konfransında ABŞ Prezidenti Bağdadinin öldürüldüyünü rəsmən təsdiqləyib.
Şübhəli cəsədin DNA testindən keçirildiyini və onun İŞİD terror təşkilatının rəhbəri olduğunun təsdiqləndiyini söyləyən Tramp əməliyyata yardım edən hər kəsə minnətdarlığını bildirib: “Rusiyaya, Türkiyəyə, Suriyaya və suriyalı kürdlərə İŞİD terror təşkilatının liderinin öldürülməsində bizə verdikləri dəstəyə görə təşəkkür edirəm. Əbubəkr əl-Bağdadi qorxaq köpək kimi öldürüldü”./ovqat.com
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?