Maravi şəhərində İŞİD-ə qarşı aparılan hərbi əməliyyat üçün ABŞ-dan yardım istəmədik.
Bunu Filippin Prezidenti Rodriqo Duterte deyib. “Yardım üçün heç bir ABŞ rəsmisinə müraciət etmədim. Yardım təklifi etsələr belə, onlara təşəkkür edirəm”, - Duterte bildirib. Prezident ABŞ-ın yardımı olmadan da Filippin Silahlı Qüvvələrinin böhranın öhdəsindən gələcəyinə inandığını qeyd edib. Onun sözlərinə görə, Əbubəkr Bağdadi Filippinə hücum əmri verib. Qeyd edək ki, Filinppin rəsmiləri İŞİD-ə qarşı aparılan əməliyyata ABŞ xüsusi təyinatlılarının yardım etdiyini bildirmişdilər.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?