Türkiyə və Rusiyanın anlaşmasından sonra PYD/YPG terrorçularının geri çəkilməsi ilə bağlı şübhələr hələ də qalmaqdadır.
Gundemxeber.az publika.az-a istinadən xəbər verir ki, türkiyəli yazar Mehmet Acet bu şübhələrlə bağlı iki yüksək səviyyəli rəsmiyə müraciət edib.
M.Acet yazır ki, ötən həftə Soçidə baş tutan Ərdoğan-Putin zirvəsində əldə olunan 150 saatlıq anlaşmanın vaxtı oktyabrın 29-da saat 18:00-da başa çatdı.
Moskva bəyan etdi ki, 22 oktyabr anlaşmasına uyğun olaraq, oktyabrın 29-da saat 18:00-dan etibarən 34 min silahlıdan ibarət 68 YPG birliyi və 3 mindən çox hərbi texnika Türkiyə Silahlı Qüvvələri ilə təmas xəttindən 30 kilometr geri çəkilib.
M.Acet isə iki yüksək vəzifəli rəsmidən bunun doğru olub-olmadığını öyrənib.
“Rəsmilər hazırkı vəziyyətdən şikayət etmədilər, lakin YPG-nin tam çəkildiyi fikrini də yaxın buraxmırlar. Bu rəsmilərdən biri “hamısı çəkilmədi, amma proses davam edəcək” deyə bildirdi. Ərdoğan da bəyan etdi ki, bu, uzunmüddətli mübarizədir. Buna görə də bir qədər yubanan prosesə görə nə ABŞ, nə də Rusiya ilə anlaşmaya zərər verilməsi doğru olmaz. Lakin bu vəziyyət Ankaranın “tam rahatlandığı” da demək deyil”, deyə yazar qeyd edib.
Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan da dünən jurnalistlərə açıqlamasında bildirib ki, hazırda A planı tətbiq olunur: “Sahədə addımlarımız davam edəcək. Əgər Ayn əl Ərəb və Münbiçdə gözləntilərimiz yerinə yetirilməsə, onda B, yaxud C planına keçə bilərik”.
M.Acet isə yazır ki, Soçi görüşündə iştirak edən Türkiyə rəsmilərinin birinə “Razılaşma əldə olnan kimi Rusiya müdafiə naziri və baş qərargah rəisi Şahin Cilo adlı YPG üzvü ilə telefon danışığı apardı. Bu görüntülər mediada da yayımlandı. Belə vəziyyət ruslar ikitərəfli oynadığı demək deyil” sualını verib.
Adının çəkilmədiyi həmin rəsmi isə bildirib ki, indiyə qədər bağlı qapılar arxasında nə dedilərsə, yerinə yetirdilər, buna görə də belə bir problem görünmür.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?