Bağdadda bazar ertəsi günü İraqın təhlükəsizlik qüvvələri nümayişçiləri atəşə tutaraq 5 nəfəri öldürüb.
Qüvvələr baş nazir ofisinin 500 metrliyinə yaxınlaşanları hədəf alıb.
Gecə saatlarında Kərbəla şəhərində bir nümayişçi öldürülüb.
Rəsmilər nümayişçilərin şəhərdəki İran konsulluğu binasının divarlarına çıxaraq, yanğın törətməyə cəhd etdikdə onların atəşə tutulduğunu bildirib.
Daha əvvəl nümayişçilərə qarşı polis gözyaşadrdıcı qaz və rezin güllələrdən istifadə etmişdi.
Oktyabrın 1-də baş qaldıran etiraz dalğalarında 250-dən çox adam öldürülüb.
Bağdadın Təhrir meydanından hökumət binalarının yerləşdiyi, güclü mühafizə olunan Yaşıl Zonaya gedən iki körpüdə təhlükəsizlik qüvvələri ilə minlərlə etirazçı arasında qarşıdurmalar olub.
Bağdadın Təhrir meydanından hökumət binalarının yerləşdiyi və güclü mühafizə olunan Yaşıl Zonaya gedən iki körpüdə təhlükəsizlik qüvvələri ilə minlərlə etirazçı arasında qarşıdurmalar olub.
Sorğu
Yeni dizaynımız necədir?