Əbu İbrahim Əl-Haşimi Əl-Qureyşinin İslam Dövləti qrupuna lider təyin edilməsinı son dəstək dalğısı ABŞ-ın kəşfiyyat rəsmilərinin diqqət mərkəzindədir.
İŞİD-in media operativləri militantların Qureyşiyə sədaqət andı içdiklərini göstərən fotolar yayıb. Bunlar arasında Əfqanıstan şöbəsi kimi tanınan İŞİD-Xorasandan da 16 şəkil var.
Şəkillərdə müxtəlif məkanlarda militantların əllərində İŞİD-in bayrağı və silahlarını hava tuşlayaraq yeni xəlifəyə dəstək nümayiş etdirdiklərini görmək olur.
"İŞİD və İŞİD-X-nin bütün şöbələri və şəbəkələri narahatlıqların ən böyüyüdür," ABŞ-ın Milli Əks-terrorizm Mərkəzinin direktoru Rassell Travers bildirib.
ABŞ və Qərbin kəşfiyyat rəsmiləri uzun müddətdir ki, İŞİD-Xorasanı terror təşkilatının ən güclü filialı hesab edir. Belə ki, bu şəbəkə Amerika və Əfqanıstan qüvvələrinin dəfələrlə rəhbərliyi və yaraqlılarının hədəf alan hücumlarından xilas ola bilib.
Bu şəbəkə həm də militant qruplar arasında ən çox ambisiya sərgiləyən qurumdur.
"Onlar Əfqanıstanın xaricində hücumlara təşviq edir. Onlar özləri hücuma keçmək istəyindədirlər,” Travers bildirib.
Lakin ölümcül ambisiyadan əlavə rəsmilər İŞİD-Xorasanın canlı qüvvədən istifadə etməklə yaxın zamanlarda planlarını icra edəcəyindən narahatdır.
ABŞ-ın qrupa qarşı nəhəng qeyri-nüvə bomba hücumundan sonra onun sıralarında azalma müşahidə edilmişdi. Lakin zamanla qrup yenidən böyüməyə başlamışdı.
Travers deyib ki, İŞİD-Xorasanın çox güman ki, 4,000-ə yaxın döyüşçüsü var. ABŞ-ın ordu rəsmiləri isə bu göstəricinin 5,000 ola biləcəyini deyir. Beləliklə bu, İŞİD-in ən böyük filialı ola bilər.
Bu göstərici qrupun reputasiyası ilə bərabər Qureyşiyə yeni lider kimi terror qrupunun digər şəbəkələri ilə birlik əldə etməsinə yardım göstərə bilər.
Sorğu
Yeni dizaynımız necədir?