Rusiya Federasiyasının Prezident Aparatının mətbuat katibi Dmitri Peskov ölkənin şərqində “Vostoçnıy” kosmik bazasının inşaatına ayrılan 1,4 milyard dolların 169 milyon dollarlıq qisminin oğurlandığını bəyan edib.
Peskov bu sözləri Rusiya prezidenti Vladimir Putinin kabinet iclasında “Vostoçnıy” kosmik bazasının inşaatındakı korrupsiyanı tənqid eləməsi barəsində jurnalistlərə açıqlama verərkən söyləyib. Adı çəkilən bazanın tikintisində baş verən korrupsiyalarla bağlı onlarla cinayət işinin açıldığını xatırladan Peskov deyib: “İnşaat üçün ayrılan 1,4 milyard dollarlıq büdcənin 169 milyon dollarlıq hissəsi oğurlanıb və sonra oğurlanan hissədən 53,9 milyon dollar yenidən dövlətə qaytarılıb”.
O, cinayət işi ilə bağlı 32 şəxsin mühakimə edildiyini bildirib və əlavə edib: “Bu məlumatlar təqdim edildikdən sonra prezident layihə ilə bağlı tənqidlərini səsləndirib. Korrupsiya cinayətini tikintinin bundan əvvəlki rəhbərliyi törətmişdi”.
Rusiyanın Amur regionunda inşa edilən “Vostoçnıy” kosmik bazası ölkənin ilk milli mülki kosmik mərkəzi olacaqdır.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?