Əhvaz İnsan Haqları Təşkilatı ötən həftə keçirilmiş etirazlar zamanı Xuzistan əyalətində azı 60 ərəbin təhlükəsizlik qüvvələri tərəfindən qətlə yetirildiyi barədə bəyanat yayıb.
Bəyanatda şəxsiyyəti dəqiqləşdirilmiş 34 nəfərin adı qeyd edilib. Onlar əyalətin müxtəlif şəhərlərindən olan sivil insanlardır.
Beynəlxalq təşkilatların yaydıqları təxminlərə əsasən, nümayişlər ərzində ən çox insan Xuzistan bölgəsində öldürülüb.
Əhvaz İnsan Haqları Təşkilatı təhlükəsizlik qüvvələrinin ən çox insanı öldürdüyü gün 17 noyabr olub.
Xatırladaq ki, ötən həftə İranın bütün bölgələrində benzinin bahalaşmasına qarşı etiraz aksiyaları keçirilib. Son qeyri- rəsmi məlumatlara əsasən, aksiyalar çərçivəsində 200-dən çox insan qətlə yetirilib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?