Reuters” agentliyi 2019-cu il sentyabrın 19-da İranın Səudiyyə Ərəbistanının neft infrastrukturuna hücumu necə hazırladığına dair böyük hesabat dərc edib. Hesabata əsasən dini lider ayətullah Xameneyi şəxsən hücumu razılaşdırıb. Hücum qanadlı raketlərin və zərbə pilotsuz aparatların köməyi ilə həyata keçirilib. Xameneyi hücumu planlaşdıran və həyata keçirən İnqilab Keşikçiləri Korpusu qarşısında yeganə vəzifə qoyub-mülki şəxslər və amerikalı personal zərər çəkməməlidir.
Bildirilir ki, Xameneyinin məqsədi nüvə sövdələşməsinin pozulmasına və İrana qarşı sanksiyaların gücləndirilməsinə görə Amerikadan qisas almaq idi. Eyni zamanda dini lider ehtiyat edirdi ki, Amerikanın regiondakı hərbi bazalarından birinə zərbə endirilsə Birləşmiş Ştatlar buna hiddətli reaksiya verər və İsrail də bundan cəsarətlənər, nəticədə regional müharibə başlayar.
Hesabata əsasən hücum İnqilab Keşikçiləri Korpusunun komandirlərinin keçirdikləri beş toplantının gedişində planlaşdırılıb. Onlardan birincisi bu ilin mayında Tehranda olub. Görüşdə komandirlərdən biri deyib: “Qılıncımızı çəkib onlara dərs verməyin vaxtıdır!”
Agentlik dəqiqləşdirib ki, Xameneyi həmin görüşlərdən birində şəxsən iştirak edib. Hesabat müəllifləri yazırlar: “Yekunda qərar qəbul edildi ki, Səudiyyənin neft infrastrukturuna zərbə endirilsin, çünki bu hadisə dərhal qəzetlərin birinci səhifəsində yer alacaq, düşmənə iqtisadi zərər vuracaq və Vaşinqtona güclü mesaj olacaq”.
Hücum zamanı 18 zərbə pilotsuz təyyarəsindən və 3 qanadlı raketdən istifadə olunub. Onlar dairəv marşrutla uçublar ki, buraxıldıqları yeri müəyyən etmək mümkün olmasın.
Xatırladaq ki, hücum zamanı Səudiyyə Ərəbistanın iki əsas neftayırma zavodu işini dayandırıb, neft anbarları dağıdılıb. Səudiyyənin gündəlik neft hasilatı yarıdan çox azalıb, yaxud bir neçə günlüyə ümumiyyətlə dayanıb. Həmin hücuma görə Yəməndə İranın dəstəklədiyi husilər məsuliyyəti üzərlərinə götürüblər, lakin ABŞ və İsrail hücumu İranın həyata keçirdiyinə dair sübutlara malik olduqlarını bildiriblər. Səudiyyə Ərəbistanı hücuma görə İrana hərbi cavab verməyə risk etməyib./Virtualaz.org
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?