İraqda etirazçılar çərşənbə günü ölkənin cənubunda yerləşən Nəcəf şəhərində İran konsulluğunu yandırıb.
Təhlükəsizlik qüvvələri onların binaya daxil olmasının qarşısını almaq üçün canlı güllə ilə atəş açıb. Nəticədə bir etirazçı ölüb, azı 35 nəfər yaralanıb. Konsulluq işçiləri xəsarət almayıb.
Bu, artıq ikinci dəfədir ki, etirazçılar İranın diplomatik missiyasına hücum edir. Bu ayın əvvəli etirazçılar Kərbəlada yerləşən konsulluğuna atəş açıb, amma yanğın baş verməyib.
Bu hadisə oktyabr ayından bəri İraqın cənubunda vüsət alan etirazlarda gərgfinliyin artdığına işarədir.
Nümayişçilər hökümətdə korrupsiyaya habelə İranın İran işlərinə getidikcə artan təsirinə son qoyulmasını tələb edir.
Etirazlar getdikcə daha zorakı hal alır. Nümayişçilər binalar və körpüləri zəbt edir və təhlükəsizlik qüvvələri ilə toqquşur. Təhlükəsizlik qüvvələri isə demək olar hər gün gözyaşardıcı qazdan və canlı güllələrdən istifadə edir.
Oktyabr ayından bəri 250-dən çox insan ölüb, minlərlə indan yaralanıb.
Sorğu
Yeni dizaynımız necədir?