GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Minsk Qrupunun həmsdər ölkələri: Tərəfləri vicdanla əsaslı danışıqlar aparmağa çağırırıq

Minsk Qrupunun həmsdər ölkələri: Tərəfləri vicdanla əsaslı danışıqlar aparmağa çağırırıq

Tarix: 6-12-2019, 16:15 Bölmə :Dünya Baxış: 364
Minsk Qrupunun həmsdər ölkələri: Tərəfləri vicdanla əsaslı danışıqlar aparmağa çağırırıq


ATƏT-in Minsk Qrupuna daxil olan həmsədr ölkələrin nümayəndə heyətlərinin rəhbərləri (Rusiyanın xarici işlər naziri Sergey Lavrov, Fransanın Avropa və Xarici İşlər Nazirinin katibi Jan-Baptiste Lemoyne və ABŞ Dövlət Katibinin Avropa və Avrasiya işləri üzrə köməkçisi vəzifəsini icra edən Phil Reeker) Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ATƏT-in Nazirlər Şurasının 26-cı iclası çərçivəsində dekabrın 4-də Bratislavada keçirilən görüşü ilə bağlı birgə bəyanat yayıb.

Sənəddə deyilir ki, hazırki status-kvo qəbuledilməzdir və münaqişənin hərbi həlli yoxdur.

Həmsədr ölkələrin nümayəndə heyətlərinin rəhbərləri tərəfləri süni gecikmələr və şərtlər yaratmadan substantiv danışıqlar aparmağa çağırıb.

"Həmsədr ölkələrin nümayəndə heyətlərinin rəhbərləri təmas xəttində və beynəlxalq sərhəd boyunca gərginliyin nisbətən aşağı səviyyədə olduğunu müsbət hal kimi qeyd edir və xarici işlər nazirlərinin iyunda Vaşinqtonda baş tutan görüşündə razılaşdıqları kimi, eskalasiya riskini azaltmaq üçün tərəflər arasındakı birbaşa əlaqələrdən tam istifadə etməyə çağırır. Həmsədr ölkələrin 2018-ci ilin dekabrında Milanda verdiyi bəyanatda və nazirlərin 2019-cu ilin yanvar ayında Paris görüşündə razılaşdığı kimi ötən il gərginliyi azaltmaq və xalqları sülhə hazırlamaq üçün atılan konkret addımları alqışlayırıq. Mart ayında Vyanada görüş zamanı liderlər tərəfindən müzakirə edilən və xarici işlər nazirlərinin aprel ayında Moskvada keçirilən görüşündə hazırlanan humanitar tədbirlərin həyata keçirilməsi üçün səylər, xüsusən də bu yaxınlarda baş tutan jurnalistlərin qarşılıqlı səfərləri və 28 iyunda əsirlərin eyni vaxtda sərbəst buraxılmasını təqdirəlayiq hesab edirik. Bu cür səylərin münaqişənin sülh yolu ilə həllinə dair əsaslı danışıqların aparılmasına şərait yaradan mühitin yaradılmasında mühüm rol oynadığını qeyd edərək münaqişə tərəflərini əlavə konkret humanitar və təhlükəsizlik tədbirləri görməyə çağırırıq,” həmsdər ölkələrin təmsilçiləri qeyd edib.

Həmsədr ölkələrin nümayəndə heyətlərinin rəhbərləri tərəflərin humanitar və təhlükəsizlik tədbirləri ilə bağlı daha əvvəl əldə etdiyi razılaşmaları həyata keçirmək üçün təxirəsalınmaz konkret addımlar atmağın zəruriliyini vurğulayır.

Tərəfləri süni gecikmələr və şərtlər olmadan vicdanla əsaslı danışıqlar aparmağa çağırırıq.
Minsk Qrupunun həmsədr ölkələrinin birgə bəyanatından sitat

“Ağrı və itkilərlə üzləşmiş insanların dəhşətli əziyyətlərini nəzərə alaraq, 2014-cü ilin oktyabr ayında Paris görüşündə iki liderin götürdüyü öhdəliklərdə əks olunduğu kimi tərəfləri Beynəlxalq Qırmızı Xaç Komitəsinə itkin düşmüş şəxslər haqqında məlumatların mübadiləsində kömək göstərmək səylərini artırmağa çağırırıq. Atəşkəsin qorunmasında ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin vacib töhfəsini qəbul edərək tərəflərin 2016-cı ildə razılaşdırdığı ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin monitorinq missiyasının genişləndirilməsi ilə bağlı müzakirələrin davam etdirilməsinin vacibliyini qeyd edirik,” bəyanatda qeyd edilir.

Həmsədr ölkələr Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin 2020-ci ilin əvvəlində həmsədrlərin himayəsi altında sülh yolu ilə nizamlanmanın əsas mövzularında danışıqları sürətləndirmək və daha yüksək səviyyədə gələcək danışıqları asanlaşdırmaq üçün yenidən görüşmək niyyətini alqışlayır.

Həmsədr ölkələrin nümayəndə heyətinin rəhbərləri ədalətli və davamlı nizamlanmanın Helsinki Yekun Aktının prinsiplərinə, güc tətbiq edilməməsi, ərazi bütövlüyü və bərabər hüquqlar prinsiplərinə əsaslanmalı olduğunu bir daha təsdiqləyir. 2009-cu ildə Afinada ATƏT Nazirlər Şurasının iclasında verdiyi birgə bəyanatını xatırladaraq bildiririk ki, nizamlanma həmçinin həmsədr ölkələrin prezidentlərinin 2009-2012-ci illərdə təklif etdiyi əlavə elementləri də əhatə etməlidir.

Həmsədrlərin nümayəndə heyətləri rəhbərləri bir daha vurğulayır ki, status-kvo qəbuledilməzdir və münaqişənin hərbi həlli ola bilməz. Buna görə tərəfləri süni gecikmələr və şərtlər olmadan vicdanla əsaslı danışıqlar aparmağa çağırırıq.

Həmsədr nümayəndə heyətinin rəhbərləri ATƏT-in Minsk Qrupu formatının davamlı nizamlanmaya səy göstərmək üçün əvəzedilməz mərkəz olaraq qaldığına əminliyini ifadə edirlər. Tərəfləri bir-biri ilə və vasitəçilik səylərini davam etdirilməsi tapşırılan Minsk Qrupu həmsədrləri ilə əməkdaşlığa çağırırıq.

Münaqişə haqqında qısa məlumat

Ermənistan-Azərbaycan münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu ermənilərin nəzarətinə keçib.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Ermənistan və Azərbaycan arasında sülh danışıqları 1992-ci ildən ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa Minsk Qrupunun həmsədr dövlətləridir.​

2016-cı il aprelin 2-dən 5-dək hərbi əməliyyatlar yenidən bərpa olunub. Döyüşlərdə hər iki tərəf onlarla insan itirib. Aprelin 5-də Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan hərbi əməliyyatları dayandırıb.

​Minsk Qrupunun həmsədr dövlətləri dəfələrlə hazırkı status-kvonun qəbuledilməz olduğunu dəfələrlə bildirsə də, danışıqlarda hər hansı irəliləyiş qeydə alınmayıb.

ATƏT-in Minsk Qrupunun həmsədlərinin 9 mart bəyanatı

ATƏT-in Minsk Qrupunun həmsədrlərinin bu il martın 9-da yaydığı bəyanatda deyilir ki, münaqişənin ədalətli və davamlı həlli Helsinki Yekun Aktının əsas prinsipləri - xüsusən də gücdən istifadə etməklə təhdid etməmək, ərazi bütövlüyü, bərabər hüquqluluq, xalqların öz müqəddəratını təyin etməsi üzərində qurulmalıdır.

“Bu, həmçinin 2009-2012-ci illərdə həmsədr ölkələrin prezidentləri tərəfindən təklif edilən əlavə elementləri də ehtiva etməlidir: Dağlıq Qarabağ ətrafındakı ərazilərin Azərbaycanın nəzarətinə qaytarılması, Dağlıq Qarabağa təhlükəsizliyi və özünüidarəetməni təmin edən müvəqqəti statusun verilməsi, Ermənistanı Dağlıq Qarabağla birləşdirən dəhliz, Dağlıq Qarabağın yekun hüquqi statusunun müəyyən edilməsi, qaçqınların və məcburi köçkünlərin öz yaşayış yerlərinə qayıtma hüququnun və sülhməramlı əməliyyatların daxil olduğu beynəlxalq təhlükəsizliyin təmin edilməsi.”

Həmsədrlər hesab edir ki, bu prinsiplər və elementlər münaqişənin ədalətli və davamlı həlli üçün bünövrə kimi qəbul edilməlidir.

“Prinsiplərin və ya elementlərin birinin digərindən üstün tutulmasına yönəlmiş hər hansı cəhd balanslaşdırılmış sülhə nail olmağı imkansız edəcək,” sənəddə qeyd edilir.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Amerikalı həmsədr: “Bu məsələdə status-kvo qəbuledilməzdir”

    Amerikalı həmsədr: “Bu məsələdə status-kvo ...

    25-01-2014, 14:19

  • 
  • Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün yekunları ilə bağlı bəyanat yayıb

    Minsk qrupunun həmsədrləri Azərbaycan və ...

    28-09-2018, 15:48

  • 
  • Hərbi gücün tətbiqi münaqişəni həll edə bilməz

    Hərbi gücün tətbiqi münaqişəni həll edə bilməz ...

    9-12-2012, 11:23

  • 
  • Azərbaycan və Ermənistan xarici işlər nazirləri görüşəcək

    Azərbaycan və Ermənistan xarici işlər nazirləri ...

    14-01-2019, 14:28

  • 
  • Minsk Qrupunun həmsədrləri Azərbaycana gəliblər

    Minsk Qrupunun həmsədrləri Azərbaycana gəliblər ...

    3-02-2014, 00:15


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu