Özbəkistanın sabiq Prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimovaya qarşı yeni ittiham irəli sürülüb.
Gundemxeber.Az bildirir ki, Özbəkistan Baş prokurorluğunun mətbuat xidməti xəbərinə görə, Baş prokurorluq Ədliyyə Nazirliyi ilə birgə Gülnarə Kərimovanın Amerika Birləşmiş Ştatları, İsveçrə, Fransa, Rusiya və Latviyada olan 1,3 milyard dollar həcmində sərvətinin qaytarılması istiqamətində birgə iş aparır.
İstintaq Gülnarə Kərimovanın öz yaxın adamlarından ibarət bir neçə cinayətkar qrup yaratdığını üzə çıxarıb. Həmçinin məlum olub ki, Özbəkistanın sənaye müəssisələrində də Gülnarə Kərimovanın mütəşəkkil cinayətkar qrupları fəaliyyət göstərib. O, həmçinin ayrı-ayrı vətəndaşlara və müxtəlif şirkət sahiblərinə təzyiq göstərib, onları öz əmlaklarını nəzarətində olan şirkətlərin adına keçirməyə məcbur edib. Müəyyənləşdirilib ki, dəymiş zərər 165 milyon dollara və 85 milyard suma (1 dollar 9500 sum) bərabərdir.
Məlumatda deyilir ki, Gülnarə Kərimovaya qarşı dələduzluq və oğurluq maddələri ilə yeni ittiham irəli sürülüb. O, həmçinin mütəşəkkil cinayətkar qrup yaratmaqda günahlandırılır. Artıq istintaq başa çatıb və G.Kərimova vəkillərinin iştirakı ilə istintaqın materialları ilə tanış olur.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?