Qarabağdakı ermənilər arasında da Rusiya vətəndaşlığını qəbul edənlərin sayı artır...
2019-cu ilin aprel ayından etibarən qondarma “Donetsk və Luqansk xalq respublikaları”nın 125 min sakini Rusiya vətəndaşlığını qəbul edib.
“RT”-nin yaydığı məlumata görə, bunu Rusiya Daxili İşlər naziri Vladimir Kolokoltsev bildirib.
"Ümumilikdə, bu ilin aprel ayından bəri Rostov vilayətindəki sənəd qəbul məntəqələrinə Donbasdan 160 mindən çox müraciət daxil olub. Artıq vətəndaşlıq üçün 125 min müraciət qəbul edilib", - deyə nazir məlumat verib.
V.Kolokoltsev, həmçinin, 2019-cu ilin doqquz ayında 92 mindən çox ukraynalının xaricdə yaşayan soydaşların könüllü şəkildə köçürülməsi üçün dövlət proqramı çərçivəsində qəbul edildiyini bildirib..
Qeyd edilir ki, bir müddət öncə Dövlət Duması “DXR” və “LXR” sakinləri üçün Rusiya pasportlarının sadələşdirilmiş qaydada verilməsi məntəqələrinin sayının dekabr ayında Rostov vilayətində səkkizə qədər artırılacağını açıqlayıb.
P.S. Bu, işğalın yeni, “mədəni” növüdür. Qarabağdakı ermənilər arasında da Rusiya vətəndaşlığını qəbul edənlərin sayı artır...
Xatırladaq ki, Rusiya prezidenti V.Putin son onilliklərdə bir neçə dəfə keçmiş sovet respublikaları vətəndaşları üçün Rusiya vətəndaşlığı almaq qaydalarının sadələşdirilməsi istiqamətində addımlar atıb. Bunun hansı strateji məqsədlər güddüyünü anlamaq çətin deyil...
Sorğu
Yeni dizaynımız necədir?