ABŞ-ın Beynəlxalq Respublikaçılar İnstitutu Ermənistanda keçirdiyi sorğunun nəticələrini yayımlayıb.
Gundemxeber.Az virtualaz.org-a istinadən bildirir ki, sorğuya əsasən Ermənistanda əsas narazılıq yeni iş yerlərinin yaradılmaması və sosial-iqtisadi problemlərin həll edilməməsindəndir. Bu fikri müdafiə edənlərn sayının artdığı qeyd olunub.
Nikol Paşinyan hökumətinin pis idarəçiliyindən şikayətlənənlərin də sayı artıb. Onların sayı 27% təşkil edir ki, bu da cari ilin mayındakından 5% çox olub.
"Mənim Addımım" Blokunun səs faizlərində də 4% geriləmə qeydə alınıb. Bloku dəstəkləyənlər əhalinin 55%-ni təşkil edib. Çiçəklənən Ermənistan Partiyasını 19%, İşıqlı Ermənistanı müdafiə edənlər 6% təşkil edib.
Respondentlərin 59%-i Respublikaçılar Partiyasına heç vaxt səs verməyəcəyini söyləyib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?