ABŞ Dövlət Departamenti çərşənbə axşamı günü bildirib ki, Konqresin bu yaxınlarda erməni soyqırımını tanımasının Tramp administrasiyasının siyasəti ilə heç bir əlaqəsi yoxdur.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı razı sala biləcək qısa bəyanatda deyilib ki, administrasiyanın məsələ ilə bağlı mövqeyi dəyişməz olaraq qalır.
Ötən həftə ABŞ Senatı 1915-ci ildə Osmanlı İmperiyası dövründə ermənilərin qətllərinin soyqırım kimi tanınmasına dair qətnaməni yekdilliklə qəbul edib. Qətnamə ilə bağlı səsvermə daha əvvəl üç senator tərəfindən bloklanmışdı.
Soyqırımın tanınması barədə qətnamənin Senatda qəbul edildiyini demokrat Bob Menendez öz Twitter hesabında açıqlayıb.
"Senatın bu qətnaməni təsdiq etməsi tarixin düzgün tərəfində dayanılmasına məqsədəuyğundur" - deyə, Senatdakı iclasda çıxış edən senator Menendez bildirib.
1915 hadisələrini soyqırım olaraq xarakterizə edən qətnamə Türkiyəyə sanksiya nəzərdə tutan bir başqa qətnamə ilə birlikdə 29 oktyabr tarixində Nümayəndələr Palatasında 405:11 səslə qəbul olunmuşdu.
Senatdakı səsvermə Ağ Evin təşəbbüsü ilə 3 Respublikaçı senator tərəfindən əngəllənmişdi.
Prezident Rəcəb Tayyib Ərdoğan 13 noyabrda Ağ Evi ziyarət edən vaxt respublikaçı senatorlarla görüşdükdən sonra qətnamə üzərində səsverməni ilk dəfə respublikaçı senator Lindsey Qraham əngəlləmişdi. Sonrakı vaxtlarda da respublikaçı senatorlar Devid Perdü və Kevin Kramer qətnamənin təsdiqlənməsinin qarşısını almışdı.
“Qətnaməni qəbul etmək üçün səsvermə keçirmək üçün bu üç həftə ərzində Senata dördüncü gəlişimizdir," Senatdakı iclasda Respublikaçı senator Ted Kruz bildirib. O, qətnamənin qəbulunu "həqiqət üçün nailiyyət, zülmətə həqiqətin deyilməsi və şərə həqiqətin deyilməsi üçün bir nailiyyət" adlandırıb.
Qətnamə 1915-ci il hadisələrini soyqırım olaraq tanımasından əlavə ABŞ rəhbərliyindən soyqırımın olmaması ilə bağlı iddianı da rədd etməsini və ictimaiyyəti məlumatlandırmasını istəyir.
Dövlət Departamentinin sözçüsü Morqan Ortaqus deyib ki, "bizim mövqemiz prezident Trampın ötən aprel ayındakı bəyanatının təzahürüdür".
ABŞ dövlət başçısı aprel ayının 24-ü Ermənilərin Anım Günü açıqladığı bəyanatında hadisəni 20-ci əsrdə ilk kütləvi qətllər kimi qiymətləndirsə də, bunu soyqırım adlandırmayıb.
Konqres soyqırımı tanımaqla prezident Trampın Ərdoğana qarşı daha sərt mövqedən çıxış etməsini istəyir. Tramp ötən ay Ərdoğanı Türkiyə xalqı üçün misilsiz işlər gördüyünü bildirib.
Sorğu
Yeni dizaynımız necədir?