İran parlamenti sabah general Qasım Süleymaninin ölümü ilə bağlı qapalı iclas keçirəcək.
Gundemxeber.Az bildirir ki, bunu İran parlamenti rəyasət heyətinin sözçüsü Əsədulla Abbasi açıqlayıb.
Onun sözlərinə görə, iclasda təhlükəsizlik və hərbi məsələlər üzrə rəsmilər də iştirak edəcəklər.
İclasda ABŞ-ın hücumunun detalları araşdırılacaq.
Xatırladaq ki, yanvarın 3-də Bağdad Hava limanının raket zərbələrinə məruz qalması nəticəsində İran İnqilab Keşikçiləri Korpusunun “Qüds” Xüsusi Qüvvələrinin rəhbəri general Qasım Süleymani öldürülüb. Pentaqon generalın öldürülməsinə görə məsuliyyəti öz üzərinə götürüb. Qeyd edilir ki, əməliyyatın məqsədi gələcəkdə İran tərəfindən hücumların qarşısını almaq olub.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?