Gundemxeber.Az xəbər verir ki, İran İnqilab Keşikçilər Qüvvələrinin keçmiş rəhbəri Möhsün Rezai Tehranın İsrail şəhərlərinə güclü raket zərbələri endirməyi planlaşdırdığını söyləyib.
Möhsün Rezai ABŞ-ın İrandakı hədəflərə hücum edəcəyi təqdirdə İsraili raket hücumu ilə hədələyib.
"Bizim hərbi cavabımızı aldıqdan sonra, əgər Amerika hər hansı bir hərəkət edərsə, biz Təl-Əvivi və Hayfanı toz halına gətirəcəyik"- Rezai bildirib. Rezai hazırda İranın ali siyasi məqsədyönlülük şurası orqanına rəhbərlik edir.
Rezai bu hədəni ABŞ prezidenti Donald Trampın, Tehranın amerikalılara və ya Amerikanın əmlakına zərbə vuracağı təqdirdə İrandakı 52 obyekti məhv edəcəyi ilə bağlı xəbərdarlığından sonra bildirib.
Sorğu
Yeni dizaynımız necədir?