İranın cənub-qərbindəki Əhvaz şəhərində ABŞ-ın hava hücumu zamanı cümə günü İraqda öldürülmüş elitar Qüds qüvvələrinin komandiri Qasım Süleymaninin matəm mərasiminə on minlərlə insan toplaşıb.
Dövlət televiziyası ilə bazar günü matəm mərasimlərində qara geyimdə olan insanların sinələrinə vuraraq, küçələrlə keçdyi göstərilib.
Süleymaninin İran bayrağına bürünmüş cəsədi bazar günü səhər İrana gətirilib və yanvarın 7-də onun dogma Kirman şəhərində dəfnindən əvvəl müqəddəs Məşhəd şəhərinə aparılacaq.
Yüksək səviyyəli komandirin ölümü ilə əlaqədar İranda üç gün matəm elan edilib.
Qüds qüvvələrinin komandiri kimi 62 Qasım Süleymani Tehranın xarici ölkələrdə gizli və hərbi əməliyyatlarını təşkil edirdi.
Birləşmiş Ştatlar İranın İslam İnqilabı Keşikçilərinin korpusunun xarici qolu olan Qüds qüvvələrini xarici terror təşkilatı kimi tanıyıb.
Qasım Süleymani yanvarın 3-də səhər saatlarında Bağdad aeroportunu tərk etdikdən sonra İranın dəstəklədiyi silahlı dəstələrin üzvlərinin müşayiəti ilə səfər etdiyi zamanı ABŞ-ın hava hücumu nəticəsində öldürülüb.
İranın dəstəklədiyi İraq Xalq Səfərbərlik Qüvvələrinin komandiri Mehdi Əl-Mühəndisi də reyd zamanı öldürülüb.
ABŞ prezidenti Donald Tramp İran komandirinin ABŞ və İraq hədəflərinə qarşı hücumlar təşkil etdiyini və bundan sonra da terror aksiyaları planlaşdırdığını bildirərək, Süleymaniyə qarşı hücuma göstəriş verib.
İran ABŞ-ın ölkənin ən nüfuzlu hərbi fiqurlarından biri olan Süleymaniyə qarşı hücumuna görə qisas alınacağına söz verib.
Sorğu
Yeni dizaynımız necədir?