Misirin sabiq prezidenti Hüsnü Mübarək Tora həbsxanasından buraxılıb. Məhkəmə onun bundan sonra ev dustağı olmasına qərar verib. O, vertolyotla hərbi hospitala aparılıb.
Qeyd edək ki, 85 yaşlı sabiq dövlət başçısının səhhəti ilə bağlı ciddi problemləri var.
"YouTube" portalında həbsxanadan çıxarılan Mübarəkin görüntüləri yer alıb. Həmin kadrı sizə təqdim edirik.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?