Əvəz Zeynallının 45 yaşının tamam olması münasibəti ilə "Gündəm Xəbər Qəzeti Redaksiyası" olaraq təbrik edirik. Əvəz bəy, tezliklə Ailə-uşaqlarının içində olmanız ümüdü ilə. "Gündəm Xəbər"
Sevin, ad günümə iki gün qalır, Gör neçənci dərdi götürürəm mən, Ömür yaman gedir, yaman azalır, Özümə dərd-bəla gətirirəm mən.
Soyuqdan donuram qarlı bir axşam, Növbəyə düzmüşəm yenə aləmi, Sevin ay ömrümü söndürəcək şam, Sevin, sevgilinin çoxalır qəmi.
Quru bir dünyaya sərt bir vətəndaş, Mühakimə başlar, buna haqqım var, Ən ağır cəza ver, ay ürəyi daş, Olsun ad günümə bir cür yadigar.
Əvəz Zeynallı bu şeiri 1989-cu ildə Rusiyanın Vladivastok şəhərində hərbi xidmətdə olarkən yazıb. 24 il əvvəl yazılmış bu şeiri oxuyarkən, bir az da heç nəyin dəyişmədiyini, 20 yaşlı gənclə 45 yaşlı müdrik bir insanın daxili həyəcanını, narahatlığının azalmadığını hiss edirsən.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?