VAŞİNQTON - Biləşmiş Ştatların Respublikaçı senatoru Marko Rubio cümə günü Twitter səhifəsində prezident Donald Trampın İranın yüksək səviyyəli komandiri Qasim Süleymaninin öldürülməsi qərarını müdafiə edib. O, İranın hərbi liderinin İraqı ələ keçirməyə və oradan ABŞ-a hücum etmək üçün bir platforma olaraq istifadə etməyə çalışdığını bildirib.
"İranın ali dini rəhbərinin göstərişi ilə Süleymani İraqda dövlət çevrilişi təşkil edirdi" deyə, Marko Rubio Twitter mənbələrinə istinadən yazıb. "ABŞ və müttəfiqlərimizi təhdid etmək üçün bir platforma kimi İraqın qaynaqlarından istifadə edirdi," o, əlavə edib.
"İraqlılar azad olduqları üçün sevincdən küçələrdə rəqs edir. Süleymaninin olmadığına şükür edirlər," deyə, dövlət katibi Mayk Pompeo Twitter səhifəsində yazıb.
Nümayəndələr Palatasının spikeri Nensi Pelosi isə ehtiyat notu səsləndirib.
"Bu gecə həyata keçirilən hava hücumu zorakılığın daha da artmasına səbəb ola bilər. Amerika və dünya gərginliyin dönüşü olmayan son həddə çatmasına imkan verməməlidir," o deyib.
“Administrasiya bu gecə İraqda hücumu İrana qarşı Hərbi Qüvvələrdən istifadə icazəsi olmadan əyata keçirdi. Bundan əlavə, bu tədbir Konqreslə məsləhətləşmədən həyata keçirildi " Pelosi əlavə edib.
ABŞ-ın xaricdəki hərbi müdaxiləsinə ardıcıl olaraq qarşı çıxan solçu senator və prezidentliyə iddialı Berni Sanders bu addımın Yaxın Şərqdə saysız-hesabsız insan itkisinə və trilyonlarla dollara başa gələ biləcək başqa bir fəlakətli müharibəyə sürükləyə biləcəyini deyib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?